Xüsusi mühafizə olunan ərazilərdə ova qadağa qoyulmuşdur
Bakı, 4 iyun (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası ərazisində 2012-2013-cü illər üçün ov mövsümü iyunun 2-dən açıq elan edilmişdir.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti direktorunun müavini Hikmət Əlizadə açıqlama vermişdir.
Nazirliyin rəsmisi bildirmişdir ki, təkənin (Zaqatala, Şəki, Qax, Quba ərazilərində), qabanın (Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki, İsmayıllı ərazilərində), dovşanın (Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı ərazilərində), bataqlıq qunduzunun, çaqqal və yenotun ovlanmasına icazə verilir.
Ov icazəsi Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentindən, ərazi ekologiya və təbii sərvətlər şöbələrindən alınmalıdır.
Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurortların ətrafındakı 1 kilometrə qədər sahələrdə ov qadağan edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]