İDMAN
Xüsusi olimpiyaçı qızlar futbol üzrə seçmə yarışlarda iştirak ediblər
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksində qızlar arasında futbol üzrə seçmə yarışlar keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışlar xüsusi Olimpiya proqramına uyğun olaraq 2 divizionda təşkil edilib. Yekun nəticəyə görə, birinci divizionda Qaradağ rayonu E.Quliyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbinin komandası qalib olub. İkinci divizionda isə Sabunçu rayonu 309 nömrəli inklüziv sinifli tam orta məktəbin futbolçuları birinci yerə layiq görülüb.
Yığma komanda ən güclü divizionda qalib gələn komandanın bazasında komplektləşdiriləcək və 2023-cü ildə keçiriləcək beynəlxalq yarışlarda iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [16:01]
Lionel Messi MLS-də yeni rekorda imza atıb
- 06.05.2024 [15:25]
Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək
- 06.05.2024 [15:22]
Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar
- 06.05.2024 [15:10]
Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb
- 06.05.2024 [15:00]
Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb
- 06.05.2024 [13:51]
Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb
- 06.05.2024 [13:47]
Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb
- 06.05.2024 [13:12]