Xüsusi təyinatlı bölmələrin taktiki-xüsusi təlimi keçirilib VİDEO
Bakı, 7 may, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən xüsusi təyinatlı bölmələrin taktiki-xüsusi təlimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim zamanı xüsusi təyinatlı qruplar şərti düşmən müdafiəsinin dərinliyində pusqu quraraq həmlə üçün əlverişli məqamda onun komanda məntəqəsi və hərbi təyinatlı obyektinin ələ keçirilməsi fəaliyyətini məşq ediblər. Əsas diqqət gizli hərəkətin təşkili və şərti düşmənin diversiya-kəşfiyyat qruplarının məhv edilməsinə yönəldilib.
Sonra xüsusi təyinatlılar əlbəyaxa döyüş elementlərinin tətbiqi ilə nümunəvi çıxışlar nümayiş etdiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [10:18]
HHQ-də zabit təkmilləşdirmə kursunu bitirənlərə sertifikatlar təqdim edilib
- 07.06.2026 [12:33]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 03.06.2026 [18:29]
Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
- 03.06.2026 [17:17]
DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir
- 02.06.2026 [19:54]
Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub
- 31.05.2026 [14:37]