XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə oğlanlar arasında yarışlara start verilib
Bakı, 23 iyul, AZƏRTAC
XV Avropa Gənclər Olimpiya Festivalında velosiped idmanı üzrə oğlanlar arasında yarışlara start verilib.
AZƏRTAC xəbər verir ki, fərdi şose yürüşündə (10 km) 30 ölkədən 95 idmançı medallar uğrunda mübarizə aparır. Yığma komandamızın tərkibinə Nofəl Nuriyev, Nikita Sitov və Mustafa Muxtarlı daxildirlər.
Xatırladaq ki, səhər qızlar arasında keçirilən şose yürüşündə (10 km) Zoe Bakstedt (Böyük Britaniya) qızıl, Alena İvançenko (Rusiya) gümüş və Laura Sander Lizette (Estoniya) bürünc medalların sahibləri olublar.