XV Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışları başlayıb
Bakı, 23 iyul, AZƏRTAC
XV Avropa Gənclər Yay Olimpiya Festivalının üçüncü günündə - iyulun 23-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışlara start verilib.
AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi 4 gimnast - Səməd Məmmədli, Ağakazım Rüstəmov, Mənsum Səfərov və Milana Minakovskaya təmsil edirlər.
İdman gimnastikası yarışlarının ilk günündə kişi gimnastlarımız mübarizə aparırlar. Onlar müxtəlif hərəkətlər və çoxnövçülükdə yarışırlar.