XVII Batumi beynəlxalq konfransında Cənubi Qafqazda təhlükəsizlik məsələləri diqqət mərkəzində olub
Tbilisi, 19 iyul, AZƏRTAC
İyulun 19-da Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtında XVII Batumi beynəlxalq konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Gürcüstan, Moldova və Ukraynanın Avropa İttifaqına inteqrasiyası əsas müzakirə mövzusu olub.
Konfransda, eyni zamanda, Cənubi Qafqazdakı münaqişələr, sülh və təhlükəsizlik məsələləri də müzakirə olunub.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili konfransda müzakirə olunan məsələləri yüksək qiymətləndirib. O deyib: “Batumi beynəlxalq konfransı bizim Cənubi Qafqazın münaqişələr bölgəsindən imkanlar regionuna çevrilməsi ilə bağlı baxışımızı dəstəkləyən platformadır”.
Qeyd edək ki, beynəlxalq konfransda Gürcüstan Prezidenti Salome Zurabişvili, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Moldova Prezidenti Maya Sandu və Ukrayna lideri Vladimir Zelenski də iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]