Yaddaş modullarının tədarükü ilə bağlı çətinliklər: smartfonların qiyməti bahalaşır
Bakı, 17 noyabr, AZƏRTAC
Yaddaş modullarına artan tələbat səbəbindən bütün dünyada smartfonların qiyməti bahalaşacaq.
AZƏRTAC xəbər verir ki, Sina agentliyinin məlumatına görə, Çinin bütün smartfon istehsalçıları yaddaş modullarının tədarükü ilə bağlı çətinliklərlə üzləşib.
Mütəxəssislərin fikrincə, gələcəkdə smartfonların keyfiyyəti ya aşağı düşəcək, ya da qiymətləri artacaq.
Eyni zamanda bildirilir ki, ən böyük yaddaş istehsalçıları – “Micron”, “Samsung” və “Kioxia” şirkətləri öz avadanlıqlarının qiymətini artırmaq üçün NAND modullarının istehsalını azaldıblar.
Qeyd edək ki, oktyabrın sonunda “Xiaomi” smartfonların qiymətlərinin artdığını açıqlayıb. Şirkətdən verilən məlumata görə, smartfonların bahalaşması yaddaş modullarının qiymətlərinin artması ilə bağlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]
Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub
- 22.09.2026 [14:14]
Avropada dizelin bahalaşması Macarıstanda da qiymətlərə təzyiqi artırır
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
DİN müsabiqə elan edir
- [14:26]
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]