Yağıntılı və küləkli hava şəraiti davam edir, Şahdağa qar yağır – FAKTİKİ HAVA
Bakı, 21 oktyabr, AZƏRTAC
Oktyabrın 21-i saat 18:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
Naxçıvan Muxtar Respublikası, Şabran, Xaçmaz, Zaqatala, Qəbələ, Oğuz, İsmayıllı, Qax, Şəki, Quba, Qusar, Qobustan, İmişli, Ağsu, Mingəçevir, Yevlax, Göyçay, Sabirabad, Beyləqan, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Goranboy, Gəncə, Şəmkir, Bərdə, Tərtər, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış, Şahdağda isə qar yağır.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Şahdağda 19, Naftalanda 18, Bakıda və Abşeron yarımadasında saniyədə 16 metrə çatır.
Zaqatala, Şəki, Şamaxı, Balakən, Qax, Qusar, Göyçay, Göygöl, Daşkəsəndə duman müşahidə olunur. Dumanda görmə məsafəsi 500 metrədək məhdudlaşır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]