CƏMİYYƏT
Yalçın Rəfiyev: İqlim məsələlərinin həllində qarşılaşdığımız çətinliklər siyasi və maliyyə problemləridir
Bakı, 11 oktyabr, AZƏRTAC
“İqlim problemlərinin həlli istiqamətində qarşılaşdığımız çətinliklər sadəcə texniki deyil, eyni zamanda, siyasi və maliyyə problemləridir”.
AZƏRTAC xəbər verir ki, bunu Pre-COP29 konfransı çərçivəsində keçirilən İqlim və inkişafa dair nazirlər səviyyəsində iclasda COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
O qeyd edib ki, problemlər maliyyə miqyasına salınmalı və sadələşdirilməlidir: “Bu, mücərrəd məqsəd deyil. Həmçinin bir çox xalqların yaşaması üçün zərurətdir. Biz maliyyənin daha sürətli, icmalara birbaşa çatan, proqnozlaşdırıla bilən bağlantısını təmin etməliyik. Öhdəlikləri ən çox ehtiyac duyulan yerlərə çatdıracaq maddi hərəkətlərə çevirməyin vaxtıdır”.