Yanvar-oktyabr aylarında Azərbaycanda 94 mindən çox körpə doğulub
Bakı, 15 dekabr, AZƏRTAC
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda 94 min 671 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 12.3-dən 11.2-yə enib. AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53.2, qız uşaqlarının xüsusi çəkisi isə 46.8 faiz olub. Körpələrin 2 min 854-ü əkiz, 123-ü üçəm, 4-ü isə dördəm doğulanlardır.
On ay ərzində ölkədə 50 min 40 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə həmin göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 6-dan 5.9-a qədər azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:42]
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib
- 07.10.2026 [13:17]
Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir
- 07.10.2026 [12:57]