Yanvarda qeyri-neft sektoru üzrə ixrac 138 milyon dollar olub
Bakı, 1 mart, AZƏRTAC
Yanvarda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 138 milyon dollar təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında bildirilir.
Belə ki, yanvarda Azərbaycanın ixracı 1,3 milyard dolları olub. Ay ərzində qeyri-neft sektoru üzrə ixrac isə 138 milyon dollar təşkil edib. 2018-ci ilin eyni ayı ilə müqayisədə bu ilin yanvarında qeyri-neft sektoru üzrə ixrac 15 milyon dollar və ya 12 faiz artıb. Yanvarda Rusiyaya 46,3 milyon, Türkiyəyə 25,2 milyon, Gürcüstana 13,6 milyon, İsveçrəyə 9,8 milyon və İrana 6,9 milyon dollarlıq qeyri-neft sektoruna aid məhsul ixrac olunub.