Yanvarın 7-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bakıda gecə 2-4° isti, gündüz 6-8° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək - 770 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 65-70 faiz təşkil edəcəkdir.
Tibbi-meteoroloji proqnoz
Yanvarın 9-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü metohəssas insanlar üçün nisbətən əlverişlidir.
Naxçıvan Muxtar Respublikasında
Gecə və səhər bəzi yerlərdə duman olacağı, az qar yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 5-10° şaxta, dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 0-4° şaxta təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 5-10° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti təşkil edəcəkdir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
əsasən yağmursuz keçəcəkdir.
Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
arabir yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi, səhər dağlarda duman olacağı gözlənilir.
Temperatur gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° isti təşkil edəcəkdir.