Yanvarın 8-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən günün birinci yarısında az yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaqdır.
Temperatur gecə 1-4°, gündüz 5-8° isti, Bakıda gecə 2-4° isti, gündüz 5-7° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 766 millimetr civə sütunundan 773 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
arabir qar yağacağı, bəzi yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 5-10° şaxta, bəzi yerlərdə 15°-dək şaxta, gündüz 1-6° şaxta olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
arabir qar yağacaqdır.
Temperaturun gecə 6-11° şaxta, gündüz 0-4°-dək isti olacağı ehtimal olunur.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam,Füzuli və Cəbrayıl rayonlarında
havanın əsasən axşam və gecə bəzi yerlərdə az yağıntılı olacağı ehtimal olunur.
Temperaturun gecə 2-7° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında
hava arabir yağıntılı olacaq, bəzi yerlərdə qar yağacaq, arabir duman olacaqdır.
Temperaturun gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən səhər və axşam bəzi yerlərdə az yağıntılı olacaqdır.
Temperaturun gecə 0-5° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
havanın arabir yağıntılı olacağı, dağlarda qar yağacağı, duman olacağı ehtimal olunur.
Temperatur gecə 0-3° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-4° şaxta olacaqdır.