YAP İNSTİTUT TƏŞKİLATININ HESABAT SEÇKİ YIĞINCAĞI KEÇİRİLMİŞDİR
Yığıncağı AMİ-nin rektoru, professor Aqiyə Naxçıvanlı açmış, YAP institut təşkilatının sədri, professor Mircəfər Həsənov hesabat məruzəsi ilə çıxış etmişdir. Natiq çıxışında son illər institutda görülən uğurlu işlərdən, maddi texniki bazanın möhkəmləndirilməsindən, otaqların kompyuterləşdirilməsindən, auditoriyaların zənginləşdirilməsindən, yeni konfrans zallarının kollektivin ixtiyarına verilməsindən, idman zalının əsaslı təmiri və avadanlıqla təmin olunmasından danışmışdır. O, institutda aparılan ideya-siyasi tərbiyə işlərinə də toxunmuş və bu sahədə həyata keçirilən tədbirləri sadalamışdır. Təşkilatın sədri həm də məlumat vermişdir ki, Prezident İlham Əliyev cənablarının “Molla Nəsrəddin” jurnalının, ünlü sənətkarlarımızın - S.Vurğunun, S.Rüstəmin 100 illik yubileyləri barədə sərəncamları ilə bağlı tədbirlər keçirilmişdir.
Məruzə ətrafında dosentlər R.Cabbarov, F.Həsənov, institutun rektoru A.Naxçıvanlı və başqaları çıxış edərək, ötən dövr ərzində təşkilatın gördüyü işləri yüksək qiymətləndirmişlər.
Professor Mircəfər Həsənov yenidən yekdilliklə YAP institut təşkilatının sədri seçilmişdir.
YAP Nərimanov rayon təşkilatının VII konfransına nümayəndələr seçilmişdir.
YAP Nərimanov rayon təşkilatının sədri Təhmiraz Tağıyev yığıncaqda çıxış etmiş və partiya sıralarına qəbul olunmuş yeni üzvlərə vəsiqələr təqdim etmişdir.