YAP QADINLAR ŞURASI NƏRİMANOV RAYON TƏŞKİLATININ XOCALI FACİƏSİNƏ HƏSR OLUNMUŞ TOPLANTISI KEÇİRİLMİŞDİR
Bakı, 17 fevral (AZƏRTAC). Fevralın 17-də Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurası Nərimanov rayon təşkilatının toplantısı keçirilmişdir.
Tədbirdə torpaqlarımız uğrunda şəhid olmuş insanların, o cümlədən Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir.
YAP Qadınlar Şurası Nərimanov rayon təşkilatının sədri Məhəbbət İbrahimova Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ağır nəticələrindən danışmışdır. O, bildirmişdir ki, qonşu dövlətin işğalçılıq siyasəti nəticəsində xalqımız minlərlə şəhid vermiş, torpaqlarımızın 20 faizi qəsb olunmuş, bir milyondan çox insan öz yurdlarından didərgin düşmüşdür.
Çıxış edənlər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində torpaqlarımızın işğaldan azad olunacağına, şəhidlərimizin qanının yerdə qalmayacağına əminlik ifadə etmişlər. Qeyd olunmuşdur ki, XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün hər bir vətəndaş əlindən gələni etməli, fəal olmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]