Yaponiya alimləri yosundan hazırlanmış yanacaqla işləyən avtomobil ixtira etmişlər
Bakı, 3 iyul (AZƏRTAC). Yaponiyanın Fudzisava şəhərində dünyada yaşıl evqlen yosunların tətbiqi ilə hazırlanmış bioyanacaqla işləyən ilk avtobus şütüməyə başlamışdır.
AZƏRTAC xəbər verir ki, avtobus üçün yanacaq Yaponiyanın yük maşınları və avtobus istehsalçısı İsuzu, habelə Euglena şirkətləri tərəfindən hazırlanmışdır.
İsuzu-nun mətbuat xidmətinin nümayəndəsinin sözlərinə görə, avtobus gün ərzində 22 reys edir. O ümidvar olduğunu bildirmişdir ki, şirkət dörd il ərzində yüz faiz yaşıl yosunlardan hasil olunmuş bioyanacaqdan istifadə etməyə imkan verən texnologiya yarada biləcəkdir.
Qeyd edək ki, İsuzu və Euglena şirkətləri iyun ayında avtomobil mühərrikinin və yeni bioyanacaq nəsli hesab edilən yaşıl yosunlardan yanacağın hazırlanması barədə müqavilə imzalamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]