Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaponiya fəlakətinin 3 ayı tamam olmuşdur

Tokio, 12 iyun (AZƏRTAC). İyunun 11-də Yaponiyada baş vermiş təbii fəlakətin üç ayı tamam olmuşdur. Faciədən kifayət qədər vaxt keçməsinə baxmayaraq, yeraltı təkanlar yüksək texnologiyaların vətəni sayılan bu ölkəni hələ də titrətməkdə davam edir.

Yaponiya qanunlarına əsasən, faciədə itkin düşənlərin sayı həlak olanların sayına əlavə edilmiş və bu rəqəm 27 mini keçmişdir.

İyunun 11-də faciə qurbanlarının xatirəsi bütün ölkədə bir dəqiqəlik sükutla anılmışdır. Baş nazir Naoto Kan faciənin baş verdiyi ərazilərə gedərək burada aparılan bərpa işləri ilə bir daha yerində tanış olmuş, bu istiqamətdə fəaliyyətin sürətləndirilməsinə həsr edilmiş müşavirə keçirmişdir.

Bununla yanaşı, Yaponiyada hələ də yeraltı güclü təkanlar qeydə alınır.

Özünün qədim adət-ənənələrinə sadiqliyi və müasir inkişafı ilə çoxları üçün müəmmalar diyarı kimi tanınan Yaponiya iyunun 11-də yerli vaxtla saat 14:46-da (Bakı vaxtilə saat 10:46) martın 11-də baş vermiş ilk təkanın qeydə alındığı vaxtda bir dəqiqəlik sükutla faciədə həlak olanlarla vidalaşmışdır. Hələ də dünyanın nəzərinin dikildiyi bu ölkənin telekanalları qaçqınların müvəqqəti yerləşdikləri binaları, ziyan çəkmiş rayonlardakı vəziyyəti - xüsusən də sunaminin yer üzündən demək olar ki, tamamilə sildiyi Miyaqi prefekturasının İsinomaki şəhərini göstərmişdir. Sükut dəqiqəsində həmin şəhərin faciədə sağ qalmış sakinləri həlak olanların xatirəsinə ehtiramlarını bildirmişlər.

Bu il martın 11-də Yaponiyanı lərzəyə salmış 9 ballıq zəlzələ və onun nəticəsində yaranmış nəhəng sunami bir neçə dəqiqə ərzində 500 kvadratkilometrdən artıq ərazini öz cənginə almışdı. Yalnız faciədən iki həftə sonra müəyyən edilmişdir ki, dalğaların maksimal hündürlüyü 30 metrə çatmışdır. Nəhəng dalğalar hətta böyük gəmiləri belə evlərin damına atmışdı. Təxminən 160 mindən çox insan evsiz qalmış və onların öz əvvəlki həyatlarını nə vaxt tam bərpa edəcəklərini söyləmək çətindir.

Son məlumatlara əsasən, həlak olanların sayı 13 min 100 nəfər, itkin düşənlərin sayı isə 14 min 337 nəfərə bərabərdir. Həlak olanların ən çox hissəsi Miyaqi, Fukusima və İvate prefekturalarındadır. Onların 55 faizindən çoxunu yaşı 65-i keçmiş yaponlar təşkil edir. Faciə nəticəsində 18 prefekturadan 4646 sakin müxtəlif dərəcəli xəsarət almışdır.

Yaponiya qanunlarına əsasən, itkin düşənlər üç ay həmin statusu daşımış, yalnız bu müddət başa çatdıqdan sonra onlar həlak olmuş sayılmışlar.

Qeyd edək ki, artıq bütün dünyada nüvə kabusu kimi tanınan “Fukusima-1” AES-in yaydığı radiasiya axtarış işlərini olduqca çətinləşdirirdi. Zəlzələnin, ardınca da baş vermiş sunaminin vurduğu zərbə nəticəsində bu stansiyada reaktorların soyuducu sistemi sıradan çıxmış, nəticədə yanğın və partlayışlar baş vermişdir. Stansiyanın 20 kilometrlik radiusunda insanlar təxliyə edilsə də, ətraf ərazidəki suda, torpaqda və canlılarda yüksək radiasiya qeydə alınmışdır. Yalnız hadisədən 2 aydan çox vaxt keçdikdən sonra stansiyanın operatoru olan TEPKO şirkəti etiraf etmişdir ki, AES-dəki 1, 2 və 3 nömrəli reaktorlarda nüvə yanacağı tamamilə ərimişdir.

Hazırda “Fukusima-1”-də qəza işləri davam etdirilir. “Tokio enerji şirkəti”nin mühəndisləri hər gün stansiyanın enerji bloklarına azot vurmaqda davam edirlər. Bu, orada toplanmış hidrogenin partlaması təhlükəsini minimuma endirir. Lakin qəzanın nəticələrinin aradan qaldırılması barədə danışmaq hələ tezdir. Yarımdağılmış reaktorların altında 60 min tondan artıq yüksəkradiasiyalı su yığılaraq qalmışdır. Okeana axan radiasiyalı suyun qarşısı alınsa da, atmosferə radiasiya yayılması davam edir.

Fəlakət nəticəsində dəymiş zərər 300 milyard dollardan çox hesablanır. Bu, ölkənin hakimiyyət strukturlarının hesabladığı rəqəmdir. Dağıntıların həcmi insanı heyrətə salır. Rəsmi mənbələrin verdiyi məlumata əsasən, təbii fəlakət 150 mindən artıq tikilini tam və ya qismən dağıtmışdır, Honsü adasının şimal-şərq hissəsində bir çox liman şəhərləri yer üzündən silinmişdir, fermer təsərrüfatlarının böyük əkin sahələri su altında qalmışdır. Material itkisinin təxminən 90 faizi fəlakətdən daha çox ziyan çəkmiş Miyaqi, İvate və Fukusima prefekturalarının payına düşür.

Bundan əlavə, radioaktiv sızmanın qeydə alındığı “Fukusima-1” AES-də baş vermiş qəza nəticəsində dəymiş zərər 11 trilyon yen (təxminən 133 milyard dollar) hesablanır.

Eyni zamanda, Yaponiyada yeraltı təkanlar bu gün də davam edir. Yüksək seysmik fəallıq fasiləsiz olaraq özünü göstərməkdədir. Martın 11-dən sonra beş yüzdən artıq 5 ballıq zəlzələ qeydə alınmışdır. Mütəxəssislər hesab edirlər ki, bu fəallıq hələ uzun müddət davam edəcəkdir. Aprelin 7-də Honsü adasının şimal-şərqində baş vermiş 7,1 bal gücündə növbəti zəlzələ nəticəsində 5 nəfər həlak olmuş, 280-dən artıq sakin müxtəlif dərəcədə yaralanmış, böyük dağıntılar qeydə alınmış, bir sıra atom enerjisi obyektlərində, o cümlədən “Hiqasidori” və “Onaqava” AES-lərdə ştatdankənar vəziyyət elan edilmişdi.

Lakin bütün bu təbii fəlakətlər yapon xalqının əzmini qıra bilməmişdir və ölkədə faciənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər sürətlə davam etdirilir. Atom enerjisindən daha təhlükəsiz istifadənin təmini məqsədi ilə araşdırmalar davam etdirilir. Tarixi təcrübə, yapon xalqının zəhmətsevərliyi, faciə zamanı nümayiş etdirdiyi səbir və təmkin deməyə imkan verir ki, bu misilsiz təbii fəlakətin vurduğu ziyan da tezliklə aradan qaldırılacaqdır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb