Yaponiya hökuməti Ukraynaya silah tədarükü imkanlarını nəzərdən keçirir
Bakı, 19 aprel, AZƏRTAC
Yaponiya hökumətinin, həmçinin hakim Liberal-demokratik partiyanın üzvləri Ukraynaya silah tədarükü imkanlarını nəzərdən keçirirlər.
AZƏRTAC xəbər verir ki, Kyodo agentliyi bu barədə öz mənbələrinə istinadla məlumat yayıb. Qeyd olunur ki, Yaponiya hakimiyyəti Tokionun yalnız hərbi sənaye sahəsində əməkdaşlıq etdiyi tərəfdaşlarına silah verə biləcəyi barədə prinsiplərinə əsaslanır.
Liberal-demokratik partiyanın üzvləri aprelin 25-dən etibarən bu məsələni müzakirə etmək üçün koalisiyada olduqları “Komeyto” partiyasındakı tərəfdaşları ilə bir sıra görüşlər keçirəcək. “Komeyto” partiyası silah tədarükü ilə bağlı şərtlərin asanlaşdırılması perspektivinə qarşı çıxır və eyni zamanda, hərbi avadanlıqların ixracının genişləndirilməsini dəstəkləyir.
Ötən il Yaponiya Ukraynaya zirehli jiletlər, dəbilqələr, qış geyimləri, qida rasionları, çadırlar, sanitar vasitələr və elektrik generatorları verib. Tokio, həmçinin Kiyevə 210 milyard yen (1,5 milyard dollar) həcmində humanitar yardım göndərib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]
Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq
- 06.10.2026 [17:26]
Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb
- 06.10.2026 [17:04]
Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb
- 06.10.2026 [17:03]