YAPONİYA VƏ TAYLANDDA XOCALI SOYQIRIMI İLƏ BAĞLI TƏDBİRLƏR KEÇİRİLƏCƏKDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Xocalı faciəsinin 16-cı ildönümü ilə əlaqədar Uzaq Şərq ölkələrində də anma mərasimləri keçiriləcəkdir.
Fevralın 26-da Yaponiyanın Osaka Universitetinin konfrans zalında Yaponiya-Azərbaycan Dostluq Cəmiyyəti tədbir keçirəcəkdir. Anma mərasimində Xocalı soyqırımı ilə bağlı bu təhsil ocağının müəllim və tələbələrinə ətraflı məlumat veriləcək, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın tarixi haqqında 30 dəqiqəlik film göstəriləcəkdir.
Tayland Krallığındakı Azərbaycan Mədəniyyət Evi isə Xocalı soyqırımı ilə bağlı Bankoq şəhərində yerləşən Assumtion Universitetində konfrans keçirəcəkdir. Assumtion və Tayland Texniki Universitetində təhsil alan türk, azərbaycanlı və digər xalqları təmsil edən tələbələrlə yanaşı, universitetin müəllim və tələbə heyətinin də qatılacağı tədbirdə faciəni əks etdirən fotoşəkillər sərgilənəcəkdir. Bu tədbir fevralın 26-na planlaşdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]