Yaponiyada COVID-19 virusundan gündəlik ən çox ölüm halı qeydə alınıb
Tokio, 10 fevral, AZƏRTAC
Fevralın 10-da Yaponiyada COVID-19 virusuna yoluxmadan gündəlik 121 ölüm halı qeydə alınıb.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu, ölkə üzrə qeydə alınan gündəlik ən çox ölüm halıdır.
Bildirilir ki, həmin gün axşam saat 18:30-a olan son məlumata görə ölkə üzrə 1885 nəfər koronavirusa yoluxub.
Tokio administrasiyası Yaponiya paytaxtında 491 yeni yoluxmanın baş verdiyini bildirib. Bununla da paytaxtda son dörd sutkada yoluxma halının 500-dən aşağı olduğu qeyd edilir.
Bildirilir ki, bu günədək Yaponiya paytaxtında virus analizi müsbət olanların ümumi sayı 105 min 24 nəfər təşkil edib. Həmçinin Tokioda 103 nəfərin vəziyyətinin həddindən artıq ağır olduğu da qeyd edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]