Yaponiyada özünümüdafiə qüvvələrinin sualtı qayığı kommersiya gəmisi ilə toqquşub
Tokio, 8 fevral, AZƏRTAC
Fevralın 8-də Yaponiyada özünümüdafiə qüvvələrinə məxsus sualtı qayıq Koçi prefekturası sahillərində kommersiya gəmisi ilə toqquşub.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Katsunobu Kato ənənəvi mətbuat konfransı zamanı məlumat verib. Baş katib bildirib ki, hadisə ilə əlaqədar Baş nazirin dəftərxanası yanında informasiyanın toplanması və təhlili üzrə xüsusi böhran qərargahı yaradılıb.
K.Katonun sözlərinə görə, Baş nazir Yoşihide Suqa kommersiya gəmisinin təhlükəsizliyinin təmin olunması üçün müvafiq tədbirlərin görülməsi və əhalinin hadisə ilə bağlı operativ məlumatlandırılması barədə göstəriş verib.
Əlaqədar qurumların yaydığı məlumatda nə sualtı qayığın, nə də kommersiya gəmisinin korpusunun zədələnmədiyi bildirilir.
Kyodo agentliyi isə hadisə zamanı sualtı qayığın heyət üzvlərindən üçünün yüngül xəsarət aldığı barədə məlumat yayıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]
“Mehr”: İran və ABŞ arasında memorandum 14 bənddən ibarətdir
- 12.06.2026 [12:03]
Yaponiya yeni nəsil H3 raketini uğurla orbitə çıxarıb
- 12.06.2026 [11:31]