Yaponiyalı mütəxəssis: Şəhərsalmada ekoloji tənzimləmə xüsusi qeyd olunmalıdır
Bakı, 21 may, AZƏRTAC
Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi 2030-cu ilə qədər 20-dən çox prioritet sahəni və 50 şəhəri hədəf olaraq seçib.
AZƏRTAC xəbər verir ki, bu fikri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "İraqın Ərbil şəhəri üçün inteqrasiya olunmuş irs və əlverişli mənzil çərçivəsi 2050" mövzusunda keçirilən sessiyada Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən Takaşi Saito səsləndirib.
Yaponiyanım şəhərsalma sahəsində böyük təcrübəyə malik olduğunu vurğulayan Takaşi Saito bidirib ki, burada hərtərəfli şəhərsalma planlaşdırılması sistemi, irimiqyaslı infrastruktur investisiyaları, torpaq sahələrinin yenidən bölüşdürülməsi və şəhərin inkişafı, həmçinin çirklənməyə nəzarət və ekoloji tənzimləməsi qeyd olunmalıdır:”Sonuncusu Yaponiyada ən uğurlu fəaliyyətdir. Bunun nəticəsidir ki, şəhərlər inteqrasiya olunmuş uzunmüddətli yanaşma və güclü dövlət sektoru koordinasiyası ilə idarə edilir: Sonuncusu isə inkişaf və ekoloji tədbirlər arasındakı balansdır. Beləliklə, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ümid edir ki, bu ölkənin təcrübəsi sürətli urbanizasiyanın inteqrasiya olunmuş planlaşdırma və güclü idarəetmə vasitəsilə necə idarə oluna biləcəyini nümayiş etdirir. Maliyyələşdirməyə gəlincə, qeyd etdiyim kimi, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin əsasən üç sxemi var və biz şəhərin mövcud vəziyyətinə uyğun olaraq ən yaxşı sxemi seçəcəyik. Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi şəhərlər arasında təcrübə mübadiləsi apararaq bu təsirin miqyasını artırmaq istəyir".