Yaponiyanın hakim partiyası Hərtərəfli Regional İqtisadi Tərəfdaşlıq barədə razılaşmanı bəyənib
Tokio, 10 fevral, AZƏRTAC.
Yaponiyanın hakim Liberal Demokratik Partiyasının xarici siyasət üzrə şurası 2020-ci il noyabrın 15-də imzalanmış Hərtərəfli Regional İqtisadi Tərəfdaşlıq (HRİT) barədə razılaşmanı bəyənib.
AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi fevralın 10-da məlumat yayıb.
Bildirilir ki, razılaşmanın hakim partiya tərəfindən bəyənilməsi hökumətin onun parlamentin cari sessiyasında ratifikasiyasına çalışdığını təsdiq edir.
Agentliyin bildirdiyinə görə, həmin sənəd razılaşmanı imzalamış dövlətlərin yarıdan çoxu tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minəcək.
Xatırladaq ki, HRİT razılaşması ASEAN üzvü olan ölkələr və bu blokun beş böyük ticarət-iqtisadi tərəfdaşı tərəfindən imzalanıb. Həmin ölkələr Yaponiya, Avstraliya, Çin, Yeni Zelandiya və Koreya Respublikasıdır. Razılaşmaya əsasən dünyada 2,2 milyard istehlakçıya malik, ümumi daxili məhsulu (ÜDM) dünya üzrə ümumi ÜDM-nin 32 faizini təşkil edən azad ticarət zonasının yaradılması nəzərdə tutulur. Mütəxəssislərin rəyinə görə, HRİT ölkələrinin ümumi ÜDM-si 2050-ci ildə 100 trilyon dolları ötə bilər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]