YAPONİYANIN SƏFİRİ İSMAYILLI RAYONUNDA OLMUŞDUR
Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri cənab Toşiyuki Fucivara mayın 13-də İsmayıllı rayonunun 200-dən çox təsərrüfatı olan Ruşan kəndinə gəlmişdir. Bu səfirin Ruşan sakinləri ilə ikinci görüşü idi. İlk dəfə keçən il Yaponiyanın qrantı ilə tikilən orta məktəb binasının açılışında iştirak etmiş səfirin budəfəki gəlişi Ruşan və yaxın 3 kəndin su təchizatı probleminin həlli ilə əlaqədar idi.
Səfir AZƏRTAC-ın müxbirinə demişdir ki, məktəbin açılış mərasimində kənd ağsaqqalları su təchizatına kömək göstərməyi xahiş etmişdilər. Bununla əlaqədar yenidən Ruşana gələn səfir mövcud su anbarına baxmış, təklif olunan layihəni ətraflı nəzərdən keçirmişdir.
Yaponiya səfiri layihənin smeta sənədləri ilə birgə səfirliyə göndərilməsini təklif etmiş, bundan sonra konkret qərar çıxarılacağını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:33]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:30]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [18:21]