Yaponiyanın şimalında yeni koronavirusa görə bütün məktəblər bağlanacaq
Tokio, 26 fevral, AZƏRTAC
Yaponiyanın şimalında yerləşən Hokkaydo prefekturasının hakimiyyət orqanları yeni koronavirusun yayılması təhlükəsi ilə əlaqədar bütün məktəbləri bağlamaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 26-da Kyodo agentliyi məlumat yayıb. Qeyd edilir ki, prefektura ərazisindəki 1600 dövlət təhsil müəssisənin bağlanması barədə qərar yaxın vaxtlarda qəbul ediləcək.
Son məlumatlara görə, Hokkaydo da yeni koronavirusa yoluxma ilə əlaqədar 35 hal qeydə alınıb. Bütün Yaponiya üzrə isə virusa yoluxanların sayının 862 nəfərə çatdığı bildirilir. Bunların böyük əksəriyyəti - 691 nəfər məlum “Diamond Prinsess” kruiz laynerinin sərnişinləridir. Onlardan dördü artıq ölüb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]