YARADICILIQ ƏLAQƏLƏRİ ÇƏRÇİVƏSİNDƏ
Teatrdan AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan ilə Türkiyə arasında qurulmuş sıx yaradıcılıq əlaqələri çərçivəsində noyabrın 24-də Mersin Dövlət Opera və Balet Teatrının səhnəsində italyan bəstəkarı Rucero Leonkavallonun “Məzhəkəçilər” operasının tamaşasında baş rolu (Kanio) Azər Zeynalov oynamışdır. Tamaşa uğurla keçmiş və böyük maraqla qarşılanmışdır.
Xatırladaq ki, A.Zeynalov indiyədək Ankara Dövlət Opera və Balet Teatrında, Moldova Dövlət Opera və Balet Teatrında da “Məzhəkəçilər” operasında baş rolun ifaçısı olmuşdur. Tanınmış müğənni gələn ilin yanvar və fevral aylarında Mersin Opera və Balet Teatrının səhnəsində yenidən çıxış üçün dəvət almışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:21]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [17:55]
Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir
- 09.10.2026 [14:36]
Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
- 09.10.2026 [12:44]