YARDIMLIYA GƏLƏN TURİSTLƏRİN SAYINDA ARTIM MÜŞAHİDƏ OLUNUR
Bakı, 24 avqust (AZƏRTAC). Son illər gözəl təbiətə, zəngin fauna və floraya malik olan Yardımlı rayonunda da turizmin inkişafına diqqət artırılmışdır.
Rayon mədəniyyət və turizm şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Yardımlı ərazisində dövlət qeydiyyatından keçmiş 92 ölkə və yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi yerləşir. Gələn qonaqları bu abidələrlə tanış etmək üçün 4 turizm marşrutu fəaliyyət göstərir. Masallı-Yardımlı magistral yolunun 25-ci kilometrində 50 metr hündürlükdən tökülən “Təkdam” şəlaləsi turistləri daha çox cəlb edir. Hər gün buraya gələn yüzlərlə turist ətrafdakı əsrarəngiz gözəlliyin seyrinə dalır, vaxtını mənalı keçirir.
2009-cu ildə rayonun turizm obyektlərində 2000-ə yaxın qonaq istirahət etmişdir. Bu il rayona turist axınının daha da sürətlənməsi müşahidə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]