Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaşamaq uğrunda mübarizə: psixoloji təzyiqi azaltmaq və hədəfə çatmanın sağlam yolları

Yaşamaq uğrunda mübarizə: psixoloji təzyiqi azaltmaq və hədəfə çatmanın sağlam yolları

Bakı, 20 noyabr, AZƏRTAC

Həyat insana verilən ən qiymətli hədiyyə olsa da, bəzən bu hədiyyə ilə necə başa çıxmaq, ona necə yanaşmaq sualları insanı cavabsızlıq və kortəbii yaşam strategiyası ilə üz-üzə qoyur. Müasir cəmiyyətdə “yaşamaq uğrunda mübarizə” ideyası çox vaxt məqsədli, hədəfyönümlü yanaşmalarla əlaqələndirilir. Uğura, maddi və ya mənəvi hədəflərə çatmağa, şəxsi inkişafı təmin etməyə fokuslanmış mübarizə anlayışı çox zaman bizə həyatın məqsədini aydınlaşdıran və bir mənəvi dəyər üzərində qurulmuş məqsəd qoymağa şərait yaradan bir mövzu kimi təqdim edilir. Lakin bu yanaşma həyatın həqiqətini və insanın daxili emosional ehtiyaclarını nəzərə almadan bəzən psixoloji təzyiqə, narahatlığa və tükənməyə gətirib çıxara bilər. Mübarizə və məqsəd qoyma, əlbəttə, vacibdir, amma bu mübarizənin sağlam yollarla aparılması həm uğuru, həm də daxili balansı təmin edəcəkdir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər beynəlxalq dərəcəli təlimçi, şəxsi inkişaf üzrə kouç İlahə Adilin “Yaşamaq uğrunda mübarizə: psixoloji təzyiqi azaltmaq və hədəfə çatmanın sağlam yolları” mövzusunda məqaləsində yer alıb.

Bu məqalə hədəflərə çatmaq uğrunda mübarizəni sağlam emosional və psixoloji yollarla necə aparmaq barədə düşünməyə və bu mübarizənin həyatımıza mənfi təsirlərini düzgün anlamamağımızın potensial zərərlərini araşdırmağa yönəlir.

I. Yaşamaq uğrunda mübarizə: sağlam mübarizə və zərərli təzyiqin fərqi

Hədəflər qoymaq və məqsədlərə çatmaq üçün mübarizə aparmaq həyatın təbii bir hissəsidir. Lakin mübarizənin hansı şəkildə aparılacağı böyük əhəmiyyət kəsb edir. Mübarizə aparmaq insanın həyatına enerji qatmaq, məqsədli olmasına səbəb olmaq və şəxsiyyətinin inkişafını təmin etmək üçün müsbət bir yanaşma ola bilər. Lakin “yaşamaq uğrunda mübarizə” yanlış anlaşılarsa, bu, insanı yalnız məqsəd uğrunda səy göstərməyə və həddindən artıq təzyiq altında çalışmağa yönəldə bilər.

Sağlam mübarizə məqsədə doğru irəliləməyi təmin edərək, daxili sülhü və emosional sağlamlığı qorumağa, lazımlı motivasiyanı təmin edərək daxili dünyanızı hüzurlu halda qorunub-saxlanılmasına yönəlib. İnsanların həyatında qarşılaşdıqları streslər, təzyiqlər və ümumi narahatlıqlar nəticəsində inkişaf edən psixoloji təzyiq uzun müddət davam edərsə, fiziki və emosional tükənməyə səbəb ola bilər. Bu səbəbdən hədəflərə çatmaq uğrunda mübarizənin düzgün idarə olunması böyük əhəmiyyət daşıyır.

II. Psixoloji təzyiqin mənfi təsirləri: stres və yorğunluğun artması

Yaşamaq uğrunda mübarizə yalnız hədəfə çatmaq istəyini deyil, həm də bu hədəflərə çatmaq üçün çətin və bəzən sərt şəkildə mübarizə aparmaq arzusunu özü ilə gətirir. Mübarizə apararkən insanlar bəzən öz daxili ehtiyaclarını nəzərə almadan yalnız “uğura” fokuslanırlar və bu, böyük psixoloji təzyiq yaradır.

Bu təzyiqin bir neçə mənfi təsiri ola bilər:

1. Fiziki və emosional yorğunluq: Mübarizənin davamlılığı insanın enerjisini tükəndirə bilər. İnsan hər zaman yeni hədəflər müəyyən edir və onları yerinə yetirməyə çalışır, lakin hər zaman nəticə əldə etməkdə çətinlik çəkərsə, bu, yorğunluğa və ümumi əzilməyə səbəb ola bilər.

2. Mənasızlıq və boşluq hissi: Hədəfə çatmaq hər zaman gözlənilən məmnuniyyəti gətirmir. Bəzən insanlar hədəflərə çatdıqdan sonra həyatda bir mənasızlıq hissi yaşamağa başlayırlar. Bu, mübarizənin yalnız məqsəd üzərində qurulmasından və həyatın sadə, gözəl anlarını qaçırmaqdan qaynaqlanır. Sonda isə insan bütün bu qaçışın mənasız olduğunu anlayıb nəinki gələcək uğurlarında, eyni zamanda, indiki hədəf və uğurlarından da imtina edə bilər. Buna psixologiyada “Liderin süqutu” deyilir. Çin fəlsəfəsində belə anlam var, “Önəmli olan hədəfin özü deyil, hədəfə doğru gedən maraqlı və dolğun həyat parçasıdır”.

3. Təzyiq və mükəmməllik sindromu: Uğura gedən yolda insanların özlərinə və başqalarına qarşı yüksək tələblər qoyması, “mükəmməl” olma təzyiqi yaradır. Bu təzyiq özünü daim daha yaxşı etmək istəyinə gətirib çıxarır və nəticədə psixoloji sağlamlıq problemləri, xüsusilə depressiya və anksiyete yarana bilər. Eləcə də mükəmməllik sindromu insanın ən böyük uğur potensialı olan Yaradıcılığı məhv edir.

III. Hədəfə çatmanın sağlam yolları: emosional və psixoloji balansı qorumaq

Hədəflərə çatmaq məqsədyönümlü mübarizənin təbiətində olsa da, bu mübarizənin necə yönəldildiyi çox önəmlidir. Psixoloji təzyiqi azaltmaq və hədəflərə sağlam yollarla çatmaq üçün bir neçə prinsipi nəzərə almaq vacibdir:

1. Daxili sülh və həyatın sadə anlarını dəyərləndirmək: Hədəflərə doğru gedərkən, hər bir anı qiymətləndirmək və sadə gözəllikləri görmək vacibdir. Həyatın təbii axışını qəbul etmək, məqsədə çatmaq yolunda yalnız nəticəyə deyil, həm də yolun gətirdiyi təcrübələrə dəyər vermək lazımdır. Bu yanaşma ilə hədəflərə çatmağın özü qədər, yolun özü də mənalı və öyrədici olacaq.

2. Məqsədin arxasında mənanı axtarmaq: Hədəflərə çatmaq yalnız “uğur” əldə etmək üçün deyil, həm də bu hədəfin arxasında duran mənanı tapmaq üçün olmalıdır. İnsanlar yalnız hədəflər qoymaqla qalmamalıdır, həm də bu hədəflərin onlara nə qazandıracağı və necə həyatlarını daha mənalı edəcəyi barədə düşünməlidirlər. Daxili məqsədlər daha çox xarici məqsədlərə yönəldikdə həyatda mənasızlıq hissi yaranar.

3. Dəstək və sosial əlaqələr: Adətən hədəflərin təkbaşına həyata keçirilməsi çətin və bəzən də mümkünsüzdür. Hədəfə gedən yolda düzgün komandanın yığılması, eləcə də yaxın çevrəmizin dəstəyini görüb, anlayıb qəbul edilməsi uğurumuzun əsas hissəsidir. Sosial əlaqələr, psixoloji təzyiqi azaltmağa və insanların özlərini daha az yalnız hiss etmələrinə kömək edir.

4. Səhv və çətinliklərdən dərs çıxarmaq: Hədəfə gedən yolda səhvlər və çətinliklər qaçınılmazdır. Bu zaman bu təcrübələrdən dərs çıxarmaq, inkişaf etmək və özünü anlamaq vacibdir. Mübarizənin məqsədi yalnız çətinlikləri aşmaq deyil, bu çətinliklərdən böyümək və inkişaf etməkdir.

Yaşamaq uğrunda mübarizə çox zaman yanlış anlaşılır. Hədəflərə çatmaq üçün göstərilən mübarizə təbliğatı, sağlam emosional və psixoloji yanaşmalarla təhlil edilmədikdə insanı tükəndirə və daxili mənasızlıq hissi ilə qarşılaşdıra bilər. Hədəfləri izləyərkən daxili rifahı qorumaq, yalnız uğuru düşünməmək və həyatın hər anını dəyərləndirmək lazımdır. Həyatın həqiqi məqsədi yalnız mübarizə deyil, həm də sadə və gözəl anlardan zövq almaq və öz daxili dünyamızla harmoniyada yaşamaqdır.

Hədəflərinizi seçərkən və həyatın çətinlikləri ilə mübarizə apararkən psixoloji təzyiqi azaltmaq, mübarizəni düzgün şəkildə yönləndirmək və daxili sülhü qorumaq sizə uğur qazanmaqla yanaşı, eyni zamanda, həyatınızın daha mənalı və sülh dolu bir təcrübə olduğunu anlamağa imkan yaradacaqdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin Azərbaycandakı səfiri: 2008-ci ildən etibarən Azərbaycandan 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir