Yaşar Məmmədov: Oğlum Murad peşəkar hərbçi kimi Vətənə şərəflə xidmət edib
Bakı, 2 yanvar, AZƏRTAC
Muradın arzuları çox idi. O, mənim kimi hərbçi olmaq istədi və bu arzusuna çatdı. Murad peşəkar hərbçi kimi, Vətənə şərəflə xidmət edib və dəfələrlə təltif olunub.
Bunu şəhid mayor Murad Məmmədovun atası Yaşar Məmmədov yanvarın 2-də AZƏRTAC-a açıqlamasında deyib.
Oğlunun 2021-ci il noyabrın 30-da DSX-nin helikopterinin qəzaya uğraması nəticəsində həlak olduğunu xatırladan Yaşar Məmmədov bildirib: “Muradla birlikdə şəhid olan silahdaşları Vətənə ləyaqətlə xidmət edirdilər. Onlar peşəkar zabitlər idi. Bu cür peşəkar zabitlərin həlak olması Ordumuz üçün də ciddi itki oldu. Çünki belə zabitlərin yetişməsi üçün illər lazımdır. Allah bütün şəhidlərimizə rəhmət etsin”.
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin 2021-ci il noyabrın 30-da təlim uçuşu zamanı qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçu, o cümlədən mayor Murad Məmmədov həlak olub, iki hərbçi yaralanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [18:23]
Dövlət Yanğından Mühafizə Xidməti növbəti “Açıq qapı” günü təşkil edib
- 16.06.2026 [17:42]