“Yaşıl gələcək” adlı ekoloji aksiya
Bakı, 23 iyun (AZƏRTAC). “AxaMBASK” sığorta şirkətinin və Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Yaşıl gələcək” adlı ekoloji aksiya keçirilmişdir.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, aksiya zamanı şirkətin əməkdaşları “AxaMBASK akademiya” çərçivəsində keçirilən “Sığorta işinin təşkili” kurslarının məzunları ilə birlikdə “Köhnə Günəşli” yaşayış massivində 100-ə yaxın zeytun ağacı əkmişlər. Əkin işləri təcrübəli aqrotexnikin rəhbərliyi ilə aparılmışdır.
Aksiyanın əsas məqsədi gənclərdə ekoloji mədəniyyətin inkişafına nail olmaq, eləcə də əhalidə ətraf mühitin qorunmasına dair şəxsi məsuliyyət hissi formalaşdırmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:47]
Sabahın hava proqnozu açıqlanıb
- 11.06.2026 [17:47]
Qusarın Laza kəndində sürüşmə olub VİDEO
- 11.06.2026 [17:26]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 11.06.2026 [12:46]