ELM VƏ TƏHSİL
Yay məktəbinin bağlanış mərasimi keçirilib
![](/files/galleryphoto/2021/2/1200x630/w_1616250383795973961644_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/w_1616250383805024117657_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/w_161625038380419712758_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/w_1616250383802782831606_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/w_161625038380622551648_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/w_161625038380226827768_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/w_1616250383802786322826_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/w_161625038380374222712_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/w_161625038380111921297_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/w_1616250383804789616264_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/w_161625038380899710233_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/w_161625038380220793548_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/w_161625038380290820435_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/w_1616250383805372563883_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/w_161625038381562959192_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/w_161625038381523043642_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/w_1616250383815812860956_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/w_1616250383812839635540_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/w_1616250383816386126389_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/w_161625038381362362833_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/w_1616250383813278114087_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/w_1616250383811622839298_1200x630.jpg)
Bakı, 30 iyun, AZƏRTAC
İyunun 30-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində yay məktəbinin bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva Təhsil Nazirliyi tərəfindən irəli sürülən yay məktəbi təşəbbüsünün uzun müddət pandemiya şəraitində təhsildə yaranan fasilələrin fəsadlarının aradan qaldırılması baxımından əhəmiyyətli olduğunu bildirib. M.Vəliyeva qeyd edib ki, yay məktəbi şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil olunub. İdarə müdiri yay məktəbini şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, sosial fəaliyyətlərə cəlb olunması, eləcə də uşaqların intellektual və fiziki inkişafında yeni bir imkan olduğunu diqqətə çatdırıb. Yay məktəbinin uşaqların inkişafında, dünyagörüşünün, intellektlərinin, ünsiyyət bacarıqlarının artırılmasında, sosiallaşmasında, özgüvən duyğusunun formalaşmasında və yeni dərs ilinə daha həvəslə hazırlaşmalarında böyük rol oynadığını söyləyib.
Bağlanış mərasimində məktəblilər yay məktəbinə dair bölmələrdə çıxış edib, vətənpərvərlik mövzusunda mahnılar oxuyub, şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Bundan əlavə, tədbirlərdə müxtəlif mövzularda fotostendlərə, şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilib.
Mərasimdə Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, “Təmiz Şəhər” ASC-nin şöbə müdiri Səbuhi Babayev, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər.
Qeyd edək ki, BŞTİ-nin tabeliyindəki 308 ümumi təhsil müəssisəsində yay məktəbi fəaliyyət göstərib. Yay məktəbində ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak ediblər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 3 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunub. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilib. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə verilib.