Yay məktəbinin iştirakçılarına Nizami Gəncəvi yaradıcılığı barədə məlumat verilib
Gəncə, 24 iyul, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar İnkişaf Könüllüləri” təşkilatının üzvü olan respublikamızın və qardaş Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrinin tələbələri “Sabahın kənd təsərrüfatı” yay məktəbinin ikinci günündə Nizami məqbərəsi və Nizami Gəncəvi muzeyini ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, burda onlara Nizami Gəncəvi yaradıcılığı, şairin məşhur "Xəmsə"si haqqında ətraflı məlumat verilib.
Həmçinin, yay məktəbi iştirakçılarına gənc alim Elnur Həsən tərəfindən ADAU-nun 2 sayılı Tələbə evinin akt zalında "Nizami Gəncəvinin yaradıcılığında aqrar motivlər" mövzusunda mühazirə söylənilib.