YAZIÇININ ŞƏXSİ FONDU ARXİVƏ VERİLMİŞDİR
Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivindən AZƏRTAC-bildirmişlər ki, bu yaxınlarda anadan olmasının 80-ci ildönümü qeyd ediləcək tanınmış nasir, ssenarist, əməkdar mədəniyyət işçisi, Dövlət mükafatı laureatı Əhmədağa Qurbanovun şəxsi sənədləri oğlu Nəriman Qurbanov tərəfindən arxivə təqdim edilmişdir.
Sənədlər arasında “Azərbaycan, Azərbaycan”, “Alagöz yaylağında”, “Muğanın dastanı”, “Çoban bayatı” bədii filmlərinin, 20-yədək sənədli filmin əlyazmaları, çap olunmuş 10-na yaxın əsər var. Mərhum yazıçının görkəmli mədəniyyət və incəsənət xadimləri ilə birlikdə çəkdirdiyi fotoşəkilləri, ətraflı yazılmış tərcümeyi-halı da maraq doğuran sənədlərdəndir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:38]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [19:29]