YEDDİ İDMANÇIMIZDAN 6-SI DÜNYA ÇEMPİONATININ MÜKAFATLARINA LAYİQ GÖRÜLMÜŞDÜR
24 ölkədən 400-ə yaxın idmançının 12 çəki dərəcəsi üzrə mübarizə apardığı bu mötəbər yarışda ölkəmizi Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyevin rəhbərliyi ilə 7 nəfərdən ibarət milli yığma komanda təmsil etmişdir ki, onların da 6-sı çempionatın mükafatlarına layiq görülmüşdür.
Belə ki, dünya kubokunun sahibi Vüsal Mərdanov (90 kq) və bir neçə beynəlxalq turnirin qalibi İbrahim İbrahimov (100 kq) dünya çempionu adını qazanmışlar. Bayram Əliyev (67,5 kq) və Əli Əsgərov (75 kq) gümüş, dünya çempionatının mükafatçısı Rüstəm Musayev (75 kq) və Avropa çempionu Bəxtiyar Quliyev (125 kq ) bürünc medallara sahib olmuşlar.
Yığma komandamız dekabrda Avstriyada keçiriləcək dünya kuboku uğrunda yarışlarda da ölkəmizin idman şərəfini qoruyacaqdır.