YƏHUDİLƏR AZƏRBAYCANDAKI TOLERANTLIQDAN RAZIDIRLAR
Sonra Milli Məclisin sədri parlamentlərarası əlaqələrin inkişaf perspektivindən danışmış, bu cür səfərlərin münasibətlərimizin daha da genişlənməsində mühüm rol oynadığını bildirmişdir.
Yosef Şaqal Oqtay Əsədovu Milli Məclisin sədri seçilməsi münasibətilə təbrik etmiş, doğma Bakıda müşahidə etdiyi inkişafdan, buraya səfərindən məmnunluğunu söyləmişdir. O, Azərbaycanda indi də davam edən tolerantlığın səviyyəsini yüksək qiymətləndirmiş və bunun digər ölkələr üçün örnək olduğunu bildirmişdir. Xatırlatmışdır ki, hazırda İsraildə Azərbaycandan getmiş yüz mindən çox yəhudi yaşayır və onlar Azərbaycan həqiqətlərinin İsrail və dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayırlar.
Sonra görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri, dünyanın digər ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız arasındakı münasibətlər və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.