Yəmən husiləri Qırmızı dənizdə iki gəmiyə hücuma görə məsuliyyəti öz üzərinə götürüblər
Bakı, 16 dekabr, AZƏRTAC
Yəmənin husi üsyançıları cümə günü Qırmızı dənizdə iki ticarət gəmisinə endirilən zərbələrə görə məsuliyyəti öz üzərinə götürdüklərini bildiriblər.
AZƏRTAC xəbər verir ki, bu barədə BƏƏ-nin "The National" qəzeti məlumat yayıb.
Qəzet qeyd edir ki, husi üsyançılarının sözçüsü Yəhya Sari gəmilərin İsrailə getdiyi üçün raketlərlə vurulduğunu bildirib.
Yəmən husiləri hansı ölkəyə məxsus olmasından asılı olmayaraq, Qırmızı dənizdə İsrailə gedən bütün gəmilərə hücum edəcəyini bəyan etmişdilər. O vaxtdan bəri Bab əl-Məndeb boğazında və Qırmızı dənizdə gəmilərə bir neçə hücum həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:18]
Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb
- 07.10.2026 [13:10]
Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?
- 07.10.2026 [13:01]
Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]