YENİ AZƏRBAYCAN PARTİYASININ HƏMKARLAR İTTİFAQI TƏŞKİLATI TƏSİS EDİLMİŞDİR
İclasa sədlik edən YAP sədrinin müavini, icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov həmkarlar ittifaqı təşkilatlarının cəmiyyətdəki rolundan, yeni yaradılan qurumun məqsəd və vəzifələrindən danışmışdır.
Təşkilati məsələlərə baxılmış, 9 nəfərdən ibarət təşkilat komitəsinin, habelə 3 nəfərdən ibarət təftiş komissiyasının tərkibi müəyyənləşdirilmişdir.
YAP Siyasi Şurasının üzvü Hüseyn Paşayev Yeni Azərbaycan Partiyası həmkarlar ittifaqı təşkilatının sədri seçilmişdir.
Yığıncaq iştirakçıları adından yeni yaradılan təşkilatın Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə (ADİİXİ Hİ RK) qəbul olunması ilə bağlı müraciət qəbul edilmişdir.
ADİİXİ Hİ RK-nin sədri Hikmət Osmanov yığıncaqda çıxış etmiş, yeni təşkilatın gələcək fəaliyyəti ilə bağı tövsiyələrini vermişdir.