Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni çağırışlara əsaslanan məhkəmə-hüquq islahatları insan hüquqlarına etibarlı təminatdır

Yeni çağırışlara əsaslanan məhkəmə-hüquq islahatları insan hüquqlarına etibarlı təminatdır

Bakı, 20 aprel, AZƏRTAC

Müstəqil Azərbaycanın özünəməxsus milli inkişaf modelini şərtləndirən meyarlar sırasında qazanılan iqtisadi nailiyyətlərlə yanaşı, dünyada maraqla izlənilən, ölkənin beynəlxalq nüfuzunu möhkəmləndirən hüquq islahatlarını da xüsusi qeyd etmək lazımdır. Bu islahatlar hakimiyyətin üç əsas qolundan biri olan, qanunun aliliyinin, vətəndaşların hüquqi mənafelərinin təminatında mühüm rol oynayan məhkəmə orqanlarının fəaliyyətində əsaslı dönüş yaradıb, ədalət mühakiməsinin səmərəliliyinə ictimai inamı gücləndirib.

Bu il anadan olmasının 100-cü ildönümü tamam olan Ümummilli Lider, dünya miqyaslı şəxsiyyət Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarı və qurucusu olmaqla yanaşı, ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyəti ideyalarının praktik tətbiqinə yönələn məhkəmə-hüquq islahatlarının müəllifi kimi ehtiramla xatırlanır. “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə” - deyən Ulu Öndər Heydər Əliyev dövlətə rəhbərliyinin hər iki mərhələsində qanunun aliliyinə, vətəndaşların dövlətə olan inamının sarsılmazlığına, həqiqətin ən ali dəyər kimi qəbul olunmasına çalışıb, ədalətli rəhbər olaraq xalqının dərin sevgisini qazanıb.

Bu fikirlər Bakı Apellyasiya Məhkəməsinin şöbə müdiri Orxan Cəbrayılovun məqaləsində yer alıb. AZƏRTAC həmin məqaləni təqdim edir.

Əminliklə deyə bilərik ki, xalqımızın hüquqi və demokratik cəmiyyətdə yaşamaq arzusu məhz Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə həyata keçirdiyi məhkəmə-hüquq islahatlarının nəticəsi olaraq reallaşıb. 1993-cü ilin iyun ayında - son dərəcə mürəkkəb zamanda xalqının təkidli istəyi ilə hakimiyyətə qayıdaraq məsuliyyəti üzərinə götürən, insanları mütərəqqi ideyaları ətrafında birləşdirən, ictimai-siyasi sabitliyi təmin edən, dövlətçiliyə qarşı yönəlmiş cinayətkar qəsdləri zərərsizləşdirən Ulu Öndər Heydər Əliyev ilk aylardan etibarən vətəndaş mənafeyini önə çəkən məhkəmə-hüquq islahatlarının da reallaşdırılmasını vacib sayıb.

Azərbaycan Prezidentinin 2022-ci il 29 sentyabr tarixli “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamda Ulu Öndərin dövlətimiz qarşısındakı tarixi xidmətləri, o cümlədən hüquqi dövlət quruculuğundakı rolu xüsusi vurğulanır: “Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir”.

Həmin dövrdə bir ictimai-iqtisadi formasiyadan digərinə sürətli keçid - siyasi, iqtisadi və hüquqi sistemin müasirləşdirilməsi zərurəti müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının hazırlanması və qəbulunu da obyektiv reallıq kimi meydana çıxarmışdı. Ulu Öndər Heydər Əliyevin müəllifliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiya Azərbaycanın unitar, demokratik və dünyəvi dövlət statusunu təsbit edib, vətəndaş cəmiyyətinə, insan hüquq və azadlıqlarının prioritetliyinə əsaslanan islahatların əsasına çevrilib.

Mütərəqqi beynəlxalq təcrübəyə söykənən, insan hüquq və azadlıqlarının aliliyinə təminat yaradan Konstitusiyamızda hakimiyyət bölgüsü prinsipi - məhkəmə fəaliyyətinin müstəqilliyi və ədalət mühakiməsinin həyata keçirilməsinin fundamental əsasları dolğun əksini tapıb. Ali Qanunun VII fəslində üçpilləli məhkəmə sisteminin yaradılması, fəaliyyəti, habelə hakimlərin müstəqilliyi, toxunulmazlığı, ədalət mühakiməsinin həyata keçirilməsi prinsipləri və digər vacib məqamlar dolğun əksini tapıb.

Azərbaycan Respublikası Konstitusiyasının qəbulu cəmiyyətin siyasi, iqtisadi və hüquq sistemində əsaslı islahatlar üçün bazis olmaqla, əvvəlkindən fərqli, dövrün tələblərinə cavab verən üçpilləli, müstəqil məhkəmə sisteminin formalaşdırılmasına da zəmin yaradıb. Hüquq İslahat Komissiyası tərəfindən hazırlanaraq 1997-ci il iyunun 10-da qəbul olunmuş “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu isə məhkəmələrin məhz Əsas Qanunda əksini tapmış modeldə formalaşdırılmasını təmin edib. Qanunun 3-cü maddəsinə əsasən, “Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Azərbaycan Respublikasının Konstitusiyasında və bu qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər”.

Reallaşdırılan sistem xarakterli islahatlar məhkəmələrin funksiya, səlahiyyət və vəzifələrinin liberal və humanist dəyərlərə uyğunlaşdırılmasını, barəsində formalaşmış “cəza orqanı” təəssüratının aradan qalxmasını da təmin edib. Nəticədə həbsəalma üçün sanksiyanın verilməsi səlahiyyəti prokurorluqdan alınaraq məhkəmələrə verilib, bu qurumun məhkəmələr üzərində nəzarət funksiyası aradan qaldırılıb. Üçpilləli məhkəmə sistemi işlərə baxılarkən, birinci instansiya məhkəmələrinin buraxdığı hər hansı səhvin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, beləliklə, insan hüquq və azadlıqlarının daha etibarlı qorunmasına təminat yaradır.

Ulu Öndər Heydər Əliyev məhkəmələrin müstəqilliyinin gücləndirilməsi, ədalət mühakiməsinin qanunamüvafiq şəkildə həyata keçirilməsi baxımından hakim korpusunun sağlamlaşdırılması məsələsinə də xüsusi diqqət yetirib. Məhkəmələrin müstəqilliyinin qorunması üçün hakimlərin tamamilə şəffaf və demokratik yolla, test üsulu əsasında seçilməsi təcrübəsinin əsası 2000-ci ildə - Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi ilə qoyulub. Bunun nəticəsi olaraq da hakimlərin seçilməsi və təyinatı ilə bağlı cəmiyyətdə müsbət rəy formalaşıb.

Yeni dövrün tələblərinə cavab verən konstitusiya islahatlarının reallaşdırılması və məhkəmələrlə bağlı bir sıra müddəaların təkmilləşdirilməsi də Ümummilli Liderin hüquqi dövlət quruculuğu sahəsindəki tarixi xidmətlərindən biri kimi qeyd olunmalıdır. 2002-ci ildə Əsas Qanuna xalqın idarəsi əsasında edilmiş əlavə və dəyişikliklər siyasi partiyaların ləğvi səlahiyyətlərinin Konstitusiya Məhkəməsindən alınaraq ümumi yurisdiksiyalı məhkəmələrə verilməsi, Baş Prokurorluğun və Ali Məhkəmənin qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyətlərinə malik olması, vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək imkanının yaradılması və digər vacib məsələləri özündə ehtiva edirdi.

Ümumilikdə, 1995-2003-cü illəri əhatə edən məhkəmə-hüquq islahatları ölkənin siyasi, iqtisadi və hüquqi sistemindəki əsaslı dəyişikliklərin, cəmiyyətin sosial sifarişinin obyektiv nəticəsi olub. Beləliklə, müstəqil Azərbaycan son 30 ildə inanılmaz inkişaf yolu keçərək bir sıra dövlətlərin onilliklər ərzində yetişdiyi yüksək tərəqqiyə nail olub, insan hüquq və azadlıqlarının təminatı sahəsində böyük uğurlara imza atıb.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu islahatları ötən 20 ildə əzmlə davam etdirən Prezident İlham Əliyev hüquqi dövlət quruculuğu prosesinin mühüm tərkib hissəsi olaraq məhkəmə hakimiyyətinin davamlı surətdə yeniləşdirilməsinə vacib məsələlərdən biri kimi yanaşır. Bunun nəticəsidir ki, ölkədə məhkəmələrin müstəqilliyinin gücləndirilməsinə, obyektiv və şəffaf şəraitdə hakim korpusunun formalaşdırılmasına, bu sahədə şəffaflığın təmin edilməsinə, elektron xidmətlərin tətbiqinə, bir sözlə, vətəndaş məmnunluğuna xidmət edən islahatlar daha geniş miqyas alıb.

Xatırlatmaq yerinə düşər ki, məhkəmə-hüquq islahatlarının kompleks şəkildə reallaşdırılması məqsədilə imzalanmış 2006-cı il 19 yanvar tarixli “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Fərmanı keyfiyyətcə yeni mərhələdə ölkəmizdə çoxşaxəli hüquq islahatları üçün baza rolunu oynayıb. Regional inkişafa xidmət edən islahatların mahiyyətindən irəli gələn fərman əsasında regionlarda yeni məhkəmələrin yaradılması vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına xidmət edib: 2006-cı ildə respublika apellyasiya və iqtisad məhkəmələrinin əvəzinə 6 regional apellyasiya, habelə əlavə 3 yerli iqtisad məhkəməsi təşkil edilib. Fərman əsasında, həmçinin Ədliyyə Akademiyası yaradılıb, Hakimlərin Etik Davranış Kodeksi hazırlanaraq təsdiqlənib, məhkəmələrdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, məhkəmə təcrübəsində nəzərə alınması təmin olunub, hakimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirilib.

Məhkəmələrlə bağlı qanunvericiliyə 2010-cu il 22 iyun tarixli dəyişikliklər, eləcə də sisteminin müasirləşdirilməsi məqsədilə dövlət başçısının 2010-cu il iyulun 15-də və avqustun 9-da imzaladığı fərmanlar ədalət mühakiməsinin səmərəliliyinin artırılması baxımından son dərəcə əhəmiyyətli olub. Regionlarda yaşayan əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması baxımından əlavə dörd bölgədə ağır cinayətlər, habelə dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmini məqsədilə yeddi bölgədə inzibati-iqtisadi məhkəmələrin yaradılması xüsusilə əhəmiyyətli olub.

Hər bir cəmiyyətin sütunlarını ədalət prinsipi üzərində bərqərar olması, tarixən qanunçuluğun keşiyində dayanan, hüququn aliliyini rəhbər tutan səlahiyyət sahiblərinin, ilk növbədə, insan taleyi ilə bağlı qərarlar qəbul edən hakimlərin fəaliyyətindən asılı olub. Hakimlərin Etik Davranış Kodeksinin qəbulu, məhkəmə hakimiyyətinin hazırlıqlı, mənəvi cəhətdən saf hakimlərlə komplektləşdirilməsi üzrə tədbirlərin davam etdirilməsi, bütün məhkəmələrin tərkibinin təzələnməsi də məhz bu reallıqlarla şərtlənib. Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən tədbirlər hakim vəzifəsinə seçkilərin tamamilə azad və ədalətli keçirilməsinə, bu məsul vəzifəyə ən layiqli insanların seçilməsinə xidmət edib. Son 15 ildə reallaşdırlan çoxmərhələli seçim prosedurlarında, o cümlədən test, yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 500 nəfərdən çox namizəd hakim vəzifəsinə təyin olunub.

Məhkəmələr üçün yeni inzibati binaların inşası, mövcud binaların əsaslı təmir olunması, hakimlərin müasir informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən istifadə imkanlarının yaradılması ümumən, ölkədə ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsinə, korrupsiyaya qarşı mübarizəyə xidmət edib. Ölkə başçısının 2014-cü il 13 fevral tarixli “Elektron məhkəmə informasiya sisteminin yaradılması haqqında” sərəncamı bu sahədə işlərin keyfiyyətcə yeni mərhələdə daha da genişlənməsinə, məhkəmələrdə İKT-nin ən son nailiyyətlərinin tətbiqinə imkan verən əlahiddə əhəmiyyətli sənəd olub.

Prezident İlham Əliyevin 2017-ci il 10 fevral tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamında yer alan strateji məqsəd isə cinayət-hüquq siyasətinin liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması olub.

Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı isə ədliyyə və məhkəmə sistemində islahatların müasir çağırışlara uyğun davam etdirilməsinə imkan verib, o cümlədən elektron məhkəmənin tətbiqi ilə bağlı təşkilati işlərin yekunlaşdırılmasını, onun funksionallığının artırılmasını, fiziki və hüquqi şəxslərin bu sistemdən istifadəsinin təşviqini şərtləndirib. Fərman əsasında ötən 4 ildə müasir dövrün tələblərinə cavab verən ədalət mühakiməsinin formalaşdırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması, müvafiq infrastrukturun yenilənməsi işlərinin davam etdirilməsi, məhkəmə icraatında müasir informasiya texnologiyalarından hərtərəfli istifadə edilməsi və digər mühüm məsələlərin həll olunması istiqamətində zəruri tədbirlərin görülməsi mümkün olub. Fərmanla, həmçinin hakim ştatlarının sayının 200 ştat vahidi artırılması, ixtisaslaşdırılmış kommersiya məhkəmələrinin, özəl ekspertiza institutunun yaradılması təmin edilib.

Ölkəmizin iqtisadi inkişaf tempinə adekvat şəkildə reallaşdırılan məhkəmə-hüquq islahatlarının uğurlu nəticələrini hər bir vətəndaş gündəlik həyatında hiss edir və minnətdarlıqla qarşılayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın ədliyyə və məhkəmə sistemi ilbəil müasirləşir, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində prinsipial sözünü deyir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB

Şəhid mayor Elsəvər Paşayevin arzusu qızlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

“Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir VİDEO

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilir VİDEO

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb