Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirir

Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirir

Medianın inkişafına dəstək dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Bakı, 19 iyul, AZƏRTAC

Milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas-alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olub. Dövrünün görkəmli maarifçiləri olan bu şəxsiyyətlər "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər.

Mütərəqqi ideyaların carçısı və tribunası olan "Əkinçi" elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc edirdi. Qəzetin qazandığı ən böyük uğur, ilk növbədə, onun dilinin xalq dilinə yaxın, sadə və səlis olması idi. Xalqın elmi və mədəni cəhətdən tərəqqi etməsi uğrunda çalışan "Əkinçi" qadın azadlığı və qadın təhsili ideyasını təbliğ edən ilk Azərbaycan mətbu nəşri olmuşdur. O, dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar edirdi. "Əkinçi" Azərbaycandan kənarda da - Gürcüstan, Dağıstan, Özbəkistan və başqa ölkələrdə yayılırdı.

Bu fikirlər “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadənin “Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirir” sərlövhəli məqaləsində yer alıb.

AZƏRTAC məqaləni təqdim edir.

Milli demokratik mətbuatın "Əkinçi" qəzeti tərəfindən bəyan edilmiş başlıca prinsipləri - maariflənmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi surətdə vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafı üçün təməl prinsipləri rolunu oynadı. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, “Əkinçi” qəzetinin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının yaranmasında və təşəkkül tapmasında müstəsna rolu olub. Qəzet xalqımızın milli oyanışında, milli məfkurənin formalaşmasında və möhkəmlənməsində böyük əhəmiyyət daşıyıb. Azərbaycan mətbuatının ilk müjdəçisi olan “Əkinçi”dən sonra bu sahədə xeyli irəliləyişlər müşahidə edilib. XIX əsrin sonlarında “Ziya” (1879), “Kəşkül” (1880), “Kaspi” (80-90-cı illər) qəzetləri nəşrə başlayıb. XX əsrin əvvəllərində isə C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyli və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparıblar. Bu gərgin mübarizə nəticəsində “Molla Nəsrəddin” (1906), “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan” (1918) kimi demokratik ruhlu, milli qayəli jurnal və qəzetlər nəşrə başlayıb.

Azərbaycan mətbuatı Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, milli varlığını qoruyub saxlaya bilib, respublikanın ictimai-siyasi həyatında fəal şəkildə iştirak edib. Bu dövrdə ölkədə qəzet və jurnalların şəbəkəsi genişlənmiş, jurnalistikanın çeşidli növləri meydana çıxmışdır.

Milli mətbuatımızın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Artıq 30 illik müstəqillik tarixinə malik olan ölkəmizin ilk illərdə yaşadığı çətinliklər qara səhifə kimi oxunmaqdadır. Həmin illərdə ölkədə xaos, anarxiya, özbaşınalıq, hakimiyyətsizlik hökm sürürdü. Bu vəziyyət digər sahələr kimi, mətbuata da öz təsirini göstərirdi. Söz, fikir azadlığından söhbət belə gedə bilməzdi. Jurnalistlər fiziki və mənəvi təzyiqlərə məruz qalırdılar. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələnin əsasını qoydu. Dünya təcrübəsinə istinad etsək, görərik ki, bütün inkişaf etmiş, demokratik ölkələr mətbuat azadlığının təmin olunmasına xüsusi diqqət yetirirlər. İlk gündən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu seçən Azərbaycanda demokratik təsisatların formalaşdırılması, ölkəmizin bu yolda inamla irəliləməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin, o cümlədən senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi, dünya informasiya siyasətinə inteqrasiyası, beynəlxalq standartlara uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi, ən əsası inkişafın davamlılığını təmin etmək üçün mühüm fərman və sərəncamların imzalanması, mətbuat işçiləri ilə mütəmadi görüşlərin ənənəsinin yaradılması və sair kimi addımlar ümummilli lider Heydər Əliyevin azad sözə və obyektiv fikrə, plüralizmə, jurnalist əməyinə münasibətini səciyyələndirən faktlardır. 1995-ci ildə Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış milli Konstitusiyamızda da bu sahə ilə bağlı hüquq və azadlıqlar dəqiq göstərilib.

Milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiyanın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olmaqda müstəsna xidmətlər göstərir. Ulu öndər senzuranı ləğv etməklə azad, müstəqil KİV-lərin inkişafı üçün geniş imkanlar açaraq ölkədə informasiya bolluğunun yaradılmasının təməlini qoydu. Ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradıldı. “Bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, KİV-lərin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir” söyləyən Ümummilli Lider azad mətbuatın inkişafını daim diqqət mərkəzində saxlamaqla uğurlu nəticələrə imza atdı.

Ümummilli Liderin “Mətbuat cəmiyyətin güzgüsüdür” çağırışı cəmiyyətdə ən çox dəyər qazanan ifadələr sırasında idi. Ulu Öndər bu çağırışı ilə ictimai fikrə təsir imkanları geniş olan mətbuatın inkişafında nə dərəcədə maraqlı olduğunu, azad sözün hamisi kimi çıxış etdiyini təsdiqləyirdi. Dahi rəhbərin əsl qələm sahiblərindən, peşəkar jurnalistlərdən əsas tələbi də bu idi ki, heç kim bu güzgünün təmizliyinə, saflığına ləkə gətirməməlidir. Humanistliyi qədər ədalətsizliyə, əsası olmayan saxta informasiyalara, böhtan və yalanlara qarşı barışmaz olan ümummilli lider Heydər Əliyevin mübarizliyi bu sahədə də özünü büruzə verirdi. O, “Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir” söyləməklə həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edirdi. Ümummilli lider Heydər Əliyev jurnalistləri dövlət mükafatları, orden və medallarla təltif etməklə bildirirdi ki, KİV-lərə qayğı davamlı və sistemlidir. Ümumilikdə Ulu Öndər mətbuatın problemlərinin həlli ilə bağlı onlarla fərman və sərəncamlar imzalayıb. 2001-ci ildə ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərləri ilə görüşən Ulu Öndər mətbuatın problemlərini müzakirə edərək onların həlli istiqamətində mühüm addımlar atdı. Bunlardan ən önəmlisi qəzetlərin əlavə dəyər və gəlir vergisindən azad edilməsi oldu.

Özünün sözdə yox, əməldə söz və mətbuat azadlığı, fikir müxtəlifliyi və demokratiya tərəfdarı olduğunu sübut edən Ümummilli Liderin mətbuata bu cür dost münasibəti jurnalistlər tərəfindən yüksək dəyərləndirildi. Ulu öndər Heydər Əliyev 2002-ci ildə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatına layiq görüldü. Ulu Öndərin müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasəti son 18 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Mətbuat hər bir ölkənin inkişaf səviyyəsinin göstəricisidir

Ulu öndər Heydər Əliyev siyasi kursunu uğurlu davam etdirən İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafını prioritet məsələ kimi daim öndə saxladı. Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, jurnalistlərə mənzillərin verilməsi, mətbuatın 130, 135, 140 və 145 illik yubileylərinin paytaxt Bakıda və bölgələrdə yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, bir neçə peşəkar jurnalistin Prezident təqaüdünə layiq görülməsi və sair kimi qərarlar bu istiqamətdə atılan addımlar sırasındandır. Bütün bunlar medianın inkişafına dövlət qayğısının ən bariz nümunəsi olmaqla yanaşı, azad sözə, sərbəst fikrə verilən dəyər, göstərilən diqqətdir.

Ölkəmizdə söz və mətbuat azadlığının təminatçısı olan Prezident İlham Əliyev həm də jurnalistlərin ən yaxın dostudur. Dövlət başçısının son 18 ildə üç dəfə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğu əsasında “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi ötən dövr ərzində mətbuatın inkişafına göstərilən diqqət və qayğıya media ictimaiyyətinin münasibəti və verdiyi dəyərdir.

Bu gün Azərbaycanda azad medianın inkişafı istiqamətində həyata keçirilən tədbirlər Ulu Öndər tərəfindən yaradılan möhkəm təmələ əsaslanır. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Bu gün ölkədə 5 mindən çox medianın mövcudluğu bunun bariz nümunəsidir. Eyni zamanda, müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan keçməyib. Bu gün yüzlərlə azərbaycanlı jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan ixtisasartırma və təkmilləşmə kurslarında iştirak edir. 2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin birinci qurultayında qəbul edilmiş Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları media qurumlarının problemlərinin həllinə müsbət təsir göstərib. Müxtəlif dövrlərdə ölkə rəhbərliyinin təşəbbüsü ilə çap mediasının vergidən azad edilməsi, eləcə də qəzetlərin, jurnalların nəşriyyata olan borclarının silinməsi haqqında qəbul olunan qərarlar ölkədə mətbuatın inkişafına göstərilən dəstəyin daha bir təzahürüdür.

Azərbaycan mediası Zəfərimizin müjdəçisi olmaq arzusuna nail oldu

30 illik müstəqillik tariximizin bələdçiləri olan yazılı və elektron KİV-ləri daim bir arzu, istək birləşdirirdi: Torpaqlarımızın işğaldan azad olunmasının müjdəçiləri olmaq. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz KİV-lərin bu arzusunu da reallığa çevirdi. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən Azərbaycan mətbuatının 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə öz töhfələrini verdiyi kimi, postmüharibə mərhələsində də bu amalına sadiq qalmaqdadır. Bu gün də mediamız dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir bəyanatın ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəallığını artırır. Ölkə Prezidentinin “Dağlıq Qarabağ məsələsi gündəlik işimiz olmalıdır” çağırışı son 17 ildə mətbuatın fəaliyyətinin əsas prinsipinə çevrildi. Heydər Əliyev siyasətinə sadiqliyini hər addımda təsdiqləyən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xarici ölkələrə elə bir səfəri, həmçinin iştirak etdiyi elə bir beynəlxalq tədbir, görüş olmayıb ki, münaqişənin mahiyyətindən, Ermənistanın işğalçılıq siyasətindən bəhs olunmasın. Azərbaycanın diplomatik uğurları 44 günlük Vətən müharibəsində Zəfərini şərtləndirən amillər sırasındadır.

Bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qürurlu, sevincli günlərini yaşayan ölkəmizin qazandığı nailiyyətlər Ulu Öndərin onilliklər ərzində gələcək inkişaf üçün formalaşdırdığı möhkəm təmələ əsaslanır. Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızı düşməndən azad edən qəhrəman əsgər və zabitlərimiz Heydər Əliyev siyasətinin, Ulu Öndərin vətənpərvərlik məktəbinin yetişdirdiyi nəslin təmsilçiləridirlər. 44 gündə düşməni məhv edən, təcavüzkar Ermənistanın öz ordusu haqqında yaratdığı bütün saxta mifləri dağıdan Azərbaycan Ordusunun bu qüdrəti Ümummilli Liderin müəyyənləşdirdiyi və bu gün Prezident İlham Əliyevin əzmlə həyata keçirdiyi inkişaf siyasətindən, qazanılan nailiyyətlərdən, Vətənə, torpağa bağlılıqdan, Azərbaycana sevgisindən irəli gəlir. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə tikinti-quruculuq işləri geniş vüsət alıb. Azərbaycan qəbul etdiyi qərarlarla Cənubi Qafqaz regionunun inkişaf mərkəzinə çevrilib. Bütün bu uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir. Ulu Öndərin işıqlı amalları bu gün Onun adını daşıyan Fondun fəaliyyətinin əsasında dayanır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələrlə, irəli sürdüyü təşəbbüslərlə Ümummilli Liderimizin ideyaları bütün dünyada xeyirxahlıq, mərhəmət, sevgi, tolerantlıq, fərqli mədəniyyətlərə hörmət ruhunda təbliğ edilir.

Prezident İlham Əliyev Ulu Öndərin ən böyük arzusunu yerinə yetirdi. Azərbaycan öz ərazi bütövlüyünü təmin etməklə regionda yeni reallıqlar yaradaraq diktə edən tərəf kimi çıxış edir, dünyada cərəyan edən proseslərə öz təsir imkanlarını günbəgün artırır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın işğaldan azad olunması müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən söylədiyi bu fikirləri bir daha yada salmaq istərdim: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”. Həmçinin bildirildi ki, bu gün biz bir daha bütün dünyaya böyük, məğrur xalq olduğumuzu sübut edirik. Biz yenilməz xalqıq.

Qırx dörd günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti böyük oldu. Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən Ermənistanın törədiyi hərbi cinayətlər haqqında dolğun məlumatların çatdırılması mümkün oldu. Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Ali Baş Komandanın özü reallaşdırdı. Onun Vətən müharibəsi dövründə 30-dan artıq beynəlxalq media qurumlarına geniş müsahibələri dünya ictimaiyyətinə bu reallıqların çatdırılmasında müstəsna rol oynadı.

Peşə vəzifələrinin icrası zamanı Kəlbəcər rayonu ərazisində iki jurnalistin minaya düşərək həlak olması faktı isə beynəlxalq jurnalistlər birliyinin sərt reaksiyasına səbəb olmuşdur. Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqlənmişlər. Onlar 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb edilmiş döyüşçü qismində iştirak ediblər. Jurnalistlərin də Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif olunan arasında olması da 4-cü hakimiyyət adlandırılan qələm sahiblərinə böyük etimad və diqqətdir.

Tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar mediaya hansı çağırışları edir?

Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini labüd edir. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Qabaqcıl texnologiyalar media sektoruna daxil olduqca yeni trendlər meydana gəlir. Bu gün jurnalistlərin, milli mediamızın qarşısında cəmiyyəti daha obyektiv, daha peşəkar şəkildə məlumatlandırmaq missiyası durur. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın qarşısıalınmaz tələbidir. Bununla əlaqədar, ölkə Prezidentinin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. “Media haqqında” yeni qanun layihəsi hazırlanıb. Qanun layihəsinin təkmilləşdirilməsi üçün beynəlxalq təcrübədən də istifadə edilib. Yeni qanun layihəsində bir sıra vacib məsələlər öz əksini tapıb. Bu qanun layihəsi medianın daha da inkişafına imkan verəcək. Yeri düşmüşkən onu da qeyd edək ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı. Bu sənədə əsasən Azərbaycan və Türkiyə arasında Birgə Media Platforması yaradılıb. Məqsəd Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır.

Göründüyü kimi, ölkədə bütün sahələrdə həyata keçirilən islahatlar media sahəsində də təkmilləşməni bir zərurətə çevirdi. Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı bu reallığı ortaya qoydu ki, qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdır. Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə imzalanan bu sənəd mətbuatın qarşısında yeni imkanlar açacaq. Bu baxımdan, fərmana uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılması bu sahədə yeniliklərin olacağına inamı artırdı. İlk gündən məqsəd və məramının Azərbaycan mediasını güclü, beynəlxalq müstəvidə rəqabətədavamlı görmək olduğunu və bunu atdığı addımları, həyata keçirdiyi layihələri ilə təsdiqləyən Medianın İnkişafı Agentliyinin əsas çağırışı isə budur ki, qalib ölkənin mediası da dövlətin inkişaf tempinə uyğun olmalıdır. Jurnalist peşəkarlığının artırılması, mətbu orqanların iqtisadi müstəqilliyinin təmin olunması əsas prioritetlər sırasındadır. Medianın İnkişafı Agentliyinin çap mediası ilə yanaşı, onlayn media resurslarının da dövlətin dəstəyindən bəhrələnməsinə geniş imkanlar yaratması sağlam rəqabət mühitinin formalaşmasına, iqtisadi müstəqilliyin təmin olunmasına stimuldur. O da məlumdur ki, Azərbaycanda Vahid Media Reyestri yaradılacaq, MEDİA tərəfindən jurnalistlərə vəsiqə veriləcək. Bu vəsiqələrlə bağlı tələblər müəyyən olunacaq və vəsiqələr könüllülük əsasında təqdim ediləcək. MEDİA tərəfindən vəsiqə müəyyənləşdirilən tələblərə cavab verən jurnalistlərə veriləcək. Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən layihələrə diqqət yetirdikdə bunların medianın inkişafına dəstək olduğunu görürük. Agentliyin maliyyə dəstəyindən əlavə, kadr potensialının inkişaf etdirilməsi üçün layihələrin həyata keçirilməsi barədə də təkliflər vardır. Media ictimaiyyəti tam əmindir ki, dövlət başçısı İlham Əliyevin media sahəsində təkmil islahatların həyata keçirilməsi ilə bağlı imzaladığı sənəddən irəli gələn vəzifələrin uğurlu icrası qalib ölkənin mediasının qarşısında geniş imkanlar açacaq.

Bu günümüz üçün bir məqamı da unutmayaq ki, Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşsa da, hələ də ölkəmizə qarşı qərəzli mövqedə dayanan ermənipərəst dairələr əsassız təbliğatlarını davam etdirirlər. Bir vətəndaş, mətbuat nümayəndəsi olaraq belə cəhdlərin qarşısını almaq üçün səylərimizi artırmalı, yalan təbliğatı real faktlarla cavablandırmalıyıq. Hücum diplomatiyası bütün dövrlər üçün öz aktuallığını qoruyur. Bu baxımdan ki, Azərbaycan daim inkişaf, tərəqqi yolunda inamla irəliləyir. Ölkəmizin uğurlarını, Zəfərini həzm etməyən dairələrin olmasını da unutmaq olmaz. Onların hər bir cəhdinin qarşısının alınmasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməli, 44 günlük İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyimiz dəmir yumruq kimi birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirməliyik.

Bu il Milli Mətbuat Gününü Zəfər sevinci ilə qeyd ediriksə, növbəti bayramımızda soydaşlarımızın Böyük Qayıdışının reallığa çevrilməsindən qürurlanacağıq. Bu gün Şuşadan dünyaya sülh və əmin-amanlıq, birlik və həmrəylik mesajı ünvanlanır. Cıdır düzündə Novruz tonqalları qalandı. Şuşa mədəniyyət paytaxtı statusunu aldı. Ən əsası Şuşa ənənəvi keçirilən “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. Bunları qələmə almaqdan, işğaldan azad edilmiş ərazilərimizin hər daşı, qayasından reportajlar hazırlamaqdan, bu torpaqlarda həyatın başlanmasından xoşbəxt nə ola bilər ki?!.

Uğurlarımıza, dünyaya səs salan tarixi Qələbəmizə söykənərək, bu xoş ovqat əsasında bütün həmkarlarımı 22 İyul - Milli Mətbuat Günü münasibətilə təbrik edir, cansağlığı arzulayır, “qələmləri iti, sözləri kəsərli, dövlətimizin, dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda yorulmaz fəaliyyətləri davamlı olsun” deyirəm. Gəlin, qalib ölkənin mediası olaraq üzərimizə düşən məsuliyyəti fəaliyyətimizlə bir daha təsdiqləyək!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidissiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş qala gecəsi keçirilir

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir

Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır ŞƏRH

İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır

Volodimir Zelenski Antonio Koşta və Ursula Fon der Lyayenlə görüşünün nəticələrini açıqlayıb

BMT-nin fəaliyyətinin təkmilləşdirilməsi, təşkilatda islahatların aparılması zəruridir - ŞƏRH

Türkiyə Aİ-ni “Made in Europe” strategiyasına yenidən baxmağa çağırıb

Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir

Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb

Siyasi şərhçi: Keçmiş münaqişənin təcrübəsi Azərbaycanın milli maraqlarına əsaslanan praqmatik siyasətin əhəmiyyətini bir daha göstərir

Suraxanıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

İsmayıllıda minik və yük avtomobilləri toqquşub, ölən var

Azərbaycanın sülh gündəliyi regional sabitliyin təmin olunmasına xidmət edir ŞƏRH

Məzarsız atanın neftçi oğlu: “Qara qızıl”ın Vətən payı

Mərkəzi Bank İsveçrə Milli Bankı ilə maliyyə sektorundakı son tendensiyaları nəzərdən keçirib

Səhiyyə Nazirliyinin mobil klinikası Xocalıda sakinlərə tibbi xidmət göstərib

AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər

TƏBİB kənd tibb məntəqələrini müasir tibbi müayinə köşkləri ilə təchiz edir

Siyasi şərhçi: Beynəlxalq hüququn etibarlılığı onun hamı üçün eyni qaydada tətbiqindən asılıdır

Çində ilk robotlaşdırılmış ürək transplantasiyası əməliyyatı uğurla həyata keçirilib

MEK Müstəqilliyin Bərpası Günü ilə bağlı virtual sərgini təqdim edir