İQTİSADİYYAT
YENİ ELEKTRİK XƏTTİ ÇƏKİLMİŞDİR
Dübəndidəki 35 kilovoltluq yarımstansiyadan Əzizbəyov rayonuna 9 kilometr uzunluqda 2-ci ötürücü elektrik xətti çəkilmişdir.
“Barmek” şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yeni elektrik xətti rayonun Zirə və Türkan qəsəbələrini, həmçinin H.Z.Tağıyev adına Neft və Qaz Çıxarma İdarəsinin obyektlərini enerji ilə fasiləsiz təmin edəcəkdir. Xatırladaq ki, bu ilin əvvəlində Nəsimi, Yasamal və Nərimanov rayonlarının elektrik təchizatını yaxşılaşdırmaq məqsədilə həmin yarımstansiyadan 12 kilometr uzunluqda yüksəkgərginlikli yeraltı elektrik xətti çəkilmişdir. Bu, transformatorların yüklənməsinin qarşısını almış, abonentlərin enerji təchizatını yaxşılaşdırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:02]
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
- 07.05.2024 [19:40]
® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır
- 07.05.2024 [19:33]
® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub
- 07.05.2024 [16:23]