YENİ İCTİMAİ SƏRMAYƏ PROQRAMININ İCRASINA BAŞLANILMIŞDIR
Nümayəndəlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bp və onun tərəfdaşlarının maliyyələşdirdikləri bu proqram Komitə ilə onun yerli tərəfdaş təşkilatları olan Mülki Cəmiyyətə Doğru, Aqro İnformasiya Mərkəzi və Gəncə Biznes Qrupu tərəfindən həyata keçirilir.
2005-cı ilin avqust ayınadək həyata keçiriləcək proqramda həmin ərazilərin kənd təsərrüfatı sektorunun inkişafına kömək üçün mikrolayihələrin tətbiq edilməsi, məktəblərin təmir olunması, əhaliyə səhiyyə sahəsində bilgi vermək üçün seminarların keçirilməsi, eləcə də su kəmərlərinin, yolların və sanitariya sistemlərinin bərpası nəzərdə tutulmuşdur.