Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni il arzudur, ümiddir, istəkdir... REPORTAJ

Bakı, 14 dekabr, AZƏRTAC

Yeni ilə sayılı günlər qalır. Artıq ölkəmizdə bayram ovqatlı rəngarəng tədbirlərə start verilib. Bunlardan biri də Fəvvarələr meydanında açılmış “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasıdır. Yarmarkada xodulistlər, jonqlyorlar, müxtəlif nağılların qəhrəmanları, sevilən cizgi filmlərinin personajları, animatorlar, musiqiçilər hər kəsi soyuq qış günündə sevindirir.

AZƏRTAC-ın əməkdaşı “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında olub və orada iştirak edən insanların Yeni il təəssüratlarını öyrənib.

Yeni ili həmişəkindən daha gözəl qarşılamaq istədiyini bildirən, satış təmsilçisi Təzəgül Mustafayeva təzə ildən gözləntilərinin çox olduğunu deyib: “Burada təmsil etdiyimiz şirkətin məhsullarının satışı ilə məşğul oluruq. Toplanan ianələr isə xeyriyyə məqsədi üçün xərclənəcək. Yeni ildə xalqımıza gözəl günlər və firavan həyat diləyirəm”.

Bakının gözəl məkanlarından birində təşkil olunmuş bu yarmarkaya tələbələr də tez-tez üz tutur. Onlar boş vaxtlarında burda alış-veriş edir və dostları ilə maraqlı gün keçirirlər.

Vətən müharibəsində şanlı Zəfərə imza atmış bir ölkənin vətəndaşı olmağından qürur duyduğunu söyləyən Gülşən Quliyeva da belə tələbələrdəndir. O deyir: “Bu şanlı Qələbəmizə görə şəhidlərimizə Allahdan rəhmət diləyirəm və qazilərimizə də sağlam həyat arzulayıram. Müzəffər Ordumuzun doğma Qarabağı düşmən tapdağından azad etməsi xalqımızın əhval-ruhiyyəsini daha da yüksəltdi. Bu olduqca qürurvericidir. Üzümüzə gələn Yeni ildə azad olunmuş torpaqlarımız daha da abadlaşacaq və həmvətənlərimiz öz ata-baba yurdlarına köçəcəklər. Builki xeyriyyə yarmarkası çox gözəl təşkil olunub. Belə layihələrin ölkəmizdə davamlı olmasını arzulayıram”.

Qeyd edək ki, 2023-cü il yanvarın 15-dək davam edəcək yarmarka əhali arasında “Bakının qış nağılı” kimi də tanınır. Bunun səbəbi sadəcə yarmarkanın unikal Yeni il konsepti deyil, həmçinin keçirilmə məqsədidir. Belə ki, “Soyuq əllər, isti ürək” ölkənin hər yerindən “Nargis” Fonduna müraciət edən onlarla ailəyə yenidən ümid bəxş edir. Hər il olduğu kimi yarmarka sponsorlarının maliyyə dəstəyi və burada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir.

Yarmarkanı əsl qış nağılı kimi təsvir edənlərdən biri də rəssam Aydan Məmmədovadır. Burada artıq iki ildir iştirak etdiyini deyən həmsöhbətim “FaceArt” işi ilə məşğul olduğunu bildirir: “Mən burada balacaları sevindirirəm. Çox güman ki, Yeni ili iş başında qarşılayacağam. Yarmarkada bayram əhval-ruhiyyəsi yüksək səviyyədə hiss olunur. Şəhərimizin sakinləri və qonaqları buradakı gözəllikdən zövq alırlar. Bu bayramda ən çox sevinənlər isə uşaqlardır”.

Xeyriyyə yarmarkasında iştirak etməklə bu layihəyə öz töhfələrini verdiyini bildirən şirkət təmsilçisi Ayaz Rüstəmov deyir ki, bayram ərəfəsində hər gün gənclərin burada şənləndiyini müşahidə edir. Təbii ki, bu, çox xoş təsir bağışlayır: “Buradan toplanan ianələr xəstə və ehtiyacı olan uşaqlara yönləndirilir. Bu isə çox gözəl təşəbbüsdür. Burada olan evciklərin sayı ilbəil artır və iştirak etməyə, bu gözəl təşəbbüsün bir hissəsinə çevrilməyə hamı həvəs göstərir”.

Eşitdiklərimiz, gördüklərimiz bizi olduqca məmnun edir. Deməli hamılıqla mərhəmətli olmağa, xeyirxah təşəbbüslərə dəstək göstərməyə çalışırıq. Bu olduqca qürurvericidir. Kiminlə söhbət ediriksə hamı bir nəfər kimi bu işə ürəklə qoşulduğunu vurğulayır.

Yarmarkada əl işlərindən ibarət stendlə təmsil olunan kiçik sahibkar Fəxriyyə İbrahimova hazırladığı əl işlərinin təbii daşlardan ibarət kişi və qadın aksesuarları olduğunu deyir. Artıq 11 ildir ki, fasiləsiz olaraq bu işlə məşğul olduğunu söyləyən həmsöhbətim bildirir ki, bu iş heç də asan deyil, çünki burada həm rəng ahəngi, eləcə də təbii daşların düzgün seçilərək zərgər dəqiqliyi ilə yığılması mühüm əhəmiyyət daşıyır. Bəlkə də bu zəhmətin bəhrəsidir ki, stendimizə yaxınlaşanlar gördüyümüz işlərdən çox məmnun qalırlar: “Bu mənim üçün bir biznesdir və bundan çox məmnunam. Dövlətimiz də bizim kimi sahibkarlara hər cür şərait yaradır”.

On ildən çoxdur ki, bu xeyriyyə yarmarkası təşkil olunur və nə xoş bizə ki, ilk dəfə olaraq bu yarmarkada iştirakçı hüququ qazanmışıq deyən satış meneceri Yusif Fərman burada ziyarətçilərə xidmət göstərməkdən çox məmnun olduğunu vurğuladı: “Yeni ili çox güman ki, iş başında qarşılayacağıq. Balacalar bu bayramda çox əylənirlər. Bu tanış və xoş bir mənzərədir. Arzu edirəm ki, gənclərimiz pis vərdişlərdən uzaq olsunlar və tam sağlam həyat yaşasınlar. Xalqımıza firavan həyat və əmin-amanlıq arzu edirəm”.

Hansı köşkə üz tuturuqsa bizi böyük sevinclə qraşılayırlar. Elə bil ən doğma, munis adamlarla görüşürük. Sanki yarmarka Yeni il ərəfəsində insanları bir-birinə daha da doğmalaşdırıb...

Öz xidmətləri ilə xeyriyyə aksiyasına töhfə verdiyini deyən restoran meneceri Humay Rüstəmzadə bildirir ki, buradan toplanan ianələrin xəstə uşaqların sağlamlığına yönəldilməsi onu daha böyük həvəslə işləməyə sövq edir. Bu çox gözəl təşəbbüsdür və təqdirə layiq addımdır. Düşünürəm ki, belə layihələr çox olmalıdır”.

Burada olarkən bir daha müşahidə edirik ki, ziyarətçilər arasında Yeni il əhval-ruhiyyəsi olduqca yüksək səviyyədədir. Təşkil olunmuş xeyriyyə yarmarkasına yerli vətəndaşlar kimi xarici qonaqların da marağı və kütləvi axını müşahidə olunur.

Kofe xidmətindən ibarət satış evi ilə yarmarkada təmsil olunan kofe brendinin təsisçisi Tural Ağarzayev də müşahidələrimizi təsdiqləyir. Bildirir ki, onların təklif etdikləri məhsullara maraq çox böyükdür. Burada onlar müştərilərə həm yerli, həm də dünya mətbəxinin təamlarını təqdim edirlər.

Yarmarkada maraqlı vaxt keçirən şəhər sakinləri Zahid Bayramov, Vəli Səmədov və başqaları 44 günlük Vətən müharibəsinin xalqımızda yaratdığı özünəinam hissindən ürək dolusu danışırlar.

Belə layihələrin çox olmasını arzulayan həmsöhbətlərim ölkəmizin ildən-ilə qüdrətləndiyini, inkişaf etdiyini söyləyirlər. Xüsusi olaraq vurğulayırlar ki, bu inkişafın əsasında Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət durur.

Yeri gəlmişkən qeyd edək ki, hər bir yarmarkanın maliyyə hesabatı və nəticələri haqqında ətraflı məlumat Fondun rəsmi https://nargisfund.com/ veb-saytı və sosial şəbəkə hesablarında paylaşılır. Bu ildən etibarən yarmarka ərazisində hər bir böyük evin üzərində quraşdırılmış xüsusi QR kodu skan edərək ötən illərdə keçirilmiş yarmarkaların dəstəyi ilə əməliyyat olunmuş uşaqların hekayələri ilə ətraflı tanış olmaq mümkündür.

“Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında vaxtın necə keçdiyindən xəbər tutmadım, şirin söhbətlərə, bir-birindən maraqlı əyləncə dolu təqdimatlara başım elə qarışdı ki, bir də baxdım hava çoxdan qaralıb, artıq gedib reportajı hazırlamalıyam. Özümə söz verdim ki, işdən vaxt tapan kimi yenə yarmarkaya üz tutacam, çünki burada insan rahatlıq tapır, həm də əsl Yeni il ab-havası yaşayır.

Emil Məlikov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir

Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır ŞƏRH

İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır

Volodimir Zelenski Antonio Koşta və Ursula Fon der Lyayenlə görüşünün nəticələrini açıqlayıb