YENİ İPOTEKA MODELİ GƏLƏN İLDƏN FƏALİYYƏT GÖSTƏRƏCƏKDİR
Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov AZƏRTAC-a bildirmişdir ki, biz dünyada baş verən ipoteka böhranlarının dərslərini ciddi öyrənirik. Azərbaycanda sağlam bir ipoteka modeli yaratmaq istəyirik ki, bütövlükdə həm ipoteka modeli işləsin, həm də maliyyə sistemimiz, xüsusilə də hələ gənc olan bank sistemi üçün müvafiq problem yaratmasın. Bankların özlərinin təklif etdiyi ipoteka proqramları ilə dövlətin iştirakı, yəni yenidən maliyyələşdirmə ilə əlaqədar olan ipoteka şərtləri arasında ciddi fərq yoxdur. Yeni ipoteka modeli gələn ildən tam hazır olacaqdır. İpotekanın verilməsinə xarici maliyyə mənbələri də cəlb oluna bilər.