YENİ QURUM – KÖMƏKÇİ KOMİTƏ YARADILMIŞDIR
Azərbaycanda ticarətin və nəqliyyatın inkişafına yardım etmək, bu sahələrin fəaliyyətinin əlaqələndirilməsi işini gücləndirmək məqsədi ilə müvafiq təşkilatların nümayəndələrindən ibarət yeni qurum - Köməkçi Komitə yaradılmışdır.
Dünya Bankının təşəbbüsü ilə təsis olunan bu quruma dövlət və qeyri-hökumət təşkilatlarının - Maliyyə Nazirliyinin, Gömrük Komitəsinin, “Azəravtonəqliyyat” Dövlət Konserninin, Bakı Beynəlxalq Dəniz Limanının, “Azəravtoyol” Dövlət Şirkətinin, TRASEKA Proqramının, Azərbaycan Avtodaşıyıcılar Assosiasiyasının nümayəndələri daxildir.
Amerika Ticarət Palatasının Cənubi Qafqaz ölkələrindəki regional təmsilçiləri ilə dekabrın 6-7-də Tbilisidə keçiriləcək görüşdə Azərbaycandakı Köməkçi Komitənin nümayəndəsi də iştirak edəcəkdir.
Regional təmsilçilər Cənubi Qafqaz ölkələrindəki köməkçi komitələrin məqsədləri və əməkdaşlıq imkanları ilə tanış olacaqlar. Görüşdə ölkəmizin ticarət və nəqliyyat sahəsində qazandığı nailiyyətlər və Amerika Ticarət Palatası ilə gələcək əməkdaşlıq məsələləri də nəzərdən keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]
® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?
- 22.09.2026 [16:26]