YENİ TİCARƏT MƏRKƏZİNDƏ 300 NƏFƏR İŞLƏ TƏMİN OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasında Şəmkirin iş adamları da yaxından işrirak edirlər. Onlar yeni müəssisə və istehsal sahələri yaratmaqla rayonun iqtisadiyyatını yüksəldir, əhalinin məşğulluğuna kömək edirlər. Bu günlərdə sahibkar Fəzail Quliyevin rayon mərkəzində inşa etdirdiyi “Habil” ticarət mərkəzində 300 nəfər işlə təmin olunmuşdur. Vaxtilə yöndəmsiz və köhnə binaların yerində müasir memarlıq elementlərini özündə birləşdirən bu obyekt şəhərin görkəminə gözəllik gətirmişdir. İki mərtəbli ticarət mərkəzində sənaye, mebel, gündəlik tələbat, geyim əşyaları ilə yanaşı, kənd təsərrüfatı məhsullarının satışı üçün də şərait yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:41]
® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir
- 09.10.2026 [14:38]
AIIB Azərbaycanda yaşıl enerji layihələrinə qrant ayıracaq
- 09.10.2026 [13:22]
İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb
- 09.10.2026 [12:46]
ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb
- 09.10.2026 [12:28]