Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeniyetmə boksçularda koordinasiya qabiliyyətini inkişaf etdirməyin müasir metodları

Bakı, 12 sentyabr (AZƏRTAC). Bu gün ölkəmizdə idmanın bütün növləri kimi, boksun da inkişafına xüsusi əhəmiyyət verilir. Təsadüfi deyildir ki, son illərdə boksçularımız Azərbaycan idmanının uğurlarına özlərinin layiqli töhfələrini verirlər. Təbii ki, idmanın başqa növlərində olduğu kimi, boksda da gələcək qələbələrin bünövrəsi uşaqlıq və yeniyetməlik dövründən qoyulur. İdmanın bu populyar növünü seçən hər bir kəs yeniyetməlik çağlarından öz üzərində ciddi çalışmalı, müəllimlərin və məşqçilərin hər bir tapşırıq və tövsiyələrini diqqətlə yerinə yetirməlidir.

Hesab edirik ki, bu nöqteyi-nəzərdən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi, idman ustası, milli dərəcəli hakim Eltac Əliyevin AZƏRTAC-a təqdim etdiyi yazı yeniyetmə boksçular və onların məşqçiləri üçün maraqlı olacaqdır. AZƏRTAC həmin yazını təqdim edir:

-Müasir boksda koordinasiya qabiliyyəti ən mürəkkəb fiziki keyfiyyətlərdən biri hesab olunur. O bir sıra qabiliyyətləri özündə birləşdirən kompleks xarakterli keyfiyyətdir.

Yeniyetmə boksçularda koordinasiya qabiliyyətini formalaşdırmaq üçün üç əsas meyar mövcuddur - yeni hərəkətləri tez qavramaq, öz fəaliyyətini yenidən qurmaq və mürəkkəb hərəkətləri qavramaq qabiliyyəti.

Koordinasiya qabiliyyətini inkişaf etdirmək üçün müxtəlif fiziki hərəkətlərdən istifadə oluna bilər. Lakin fiziki hərəkətlərin boks texnikasına uyğun olması daha məqsədəuyğundur.

Koordinasiya qabiliyyətini təkmilləşdirməyin ən optimal yollarından biri mütəmadi olaraq yeni bacarıq və vərdişlərin təlimidir. Çünki yeni hərəkətlərin təlimi prosesində baş beyin qabığında hərəkət analizatorunun funksional imkanları genişlənir. Zəngin vərdişlərə malik olan hər bir idmançı gözlənilmədən yaranan hər hansı vəzifəni daha tez və asanlıqla yerinə yetirir. Koordinasiya qabiliyyətini inkişaf etdirmək üçün istifadə edilən hərəkətlərdə yeni elementlərin olması zəruridir. Müəyyən edilmişdir ki, yeniyetmə boksçuların yerinə yetirdikləri ən mürəkkəb hərəkətlər vərdiş halına çevrildikdən sonra koordinasiya qabiliyyətinin inkişaf tempi aşağı düşür.

Koordinasiya qabiliyyətini inkişaf etdirmək üçün əsas şərtlərdən biri də müvazinət bacarıqlarının təkmilləşdirilməsidir. Bu proses əsasən iki üsulla həyata keçirilir - müvazinət hərəkətlərini çətinləşdirmək və müxtəlif məşq alətləri vasitəsilə vestipulyar analizatorların təkmilləşdirilməsi. Müasir boksda gözlənilməz vəziyyətlərdən çıxmaq üçün ən vacib məsələlərdən biri idmançılardan cəld reaksiya və diqqətin cəmləşdirilməsi hesab olunur.

Koordinasiya qabiliyyəti, eyni zamanda, digər fiziki keyfiyyətlərin inkişaf səviyyəsindən, əzələ-sinir aparatının inkişafından və psixi keyfiyyətlərdən də asılıdır. Lakin məşq prosesinin bu cəhdinə kifayət qədər diqqət yetirilmir. Bir qayda olaraq məşqçilər, əsasən yeniyetmə boksçuların fiziki qabiliyyətlərinə istinad edirlər.

Müəyyən edilmişdir ki, yeniyetmə boksçuların əl hərəkətlərinin motor komponentinə göstərdiyi təsirlər 11-16 yaşlarında özünü büruzə verir. Lakin əlverişsiz şərait zamanı bu komponentlərin əhəmiyyəti bir qədər aşağı düşür.

Yeniyetmə boksçuların lokomotor fəaliyyətində motor fəaliyyətinin əhəmiyyəti tədricən azalır. Gözlənilməz şəraitlərdə sensor komponentin əhəmiyyəti nəzərəçarpacaq dərəcədə artır. Bu qanunauyğunluq təhlil olunacaq bütün yaş dövrlərində müşahidə edilir. Əl fəaliyyətində sensor komponentin təsirləri lokomotor komponentlə müqayisədə daha yüksəkdir.

Beləliklə, yeniyetmə boksçular psixomotor vəzifələri həll edərkən sensor və motor komponentlərin reaksiyalarının və müxtəlif hərəki fəaliyyət növlərinin xarakterini müəyyən edir.

Biz yeniyetmə boksçuların koordinasiya qabiliyyətlərinin yaranmasının əsas göstəricilərinin səviyyəsini təhlil etdikdə, boksçu fəaliyyəti çoxillik hazırlığın ilkin mərhələlərində müxtəlif psixomotor şəraitlərlə keçirir: 11-14 yaşlarında əsasən əvvəlcədən müəyyən olunan və dəyişən şəraitlərdə, 15-16 yaşlarında əsas etibarilə dəyişən şəraitlərdə (ehtimal olunan və gözlənilməz vəziyyətlərdə). Bu amil məşğul olan kontingentin koordinasiya qabiliyyətinin inkişafına göstərilən təsirlərin müəyyən edilməsinə imkan verir.

Yeniyetmə boksçularda ehtimal olunan şəraitlərdə böyük həcmli hərəki fəaliyyətlərlə bağlı məşqlər onların fiziki qabiliyyətlərinin diferensiya olunma proseslərini sürətləndirir. Bu xüsusiyyət koordinasiya qabiliyyətinin müxtəlif cəhətləri üçün spesifikdir. Orqanizm inkişaf etdikcə formalaşmaqda olan müxtəlif koordinasiya qabiliyyətlərinin qarşılıqlı əlaqəsi azalır və getdikcə boksçunun spesifik hərəki fəaliyyətlərə meyilliyi daha qabarıq formada büruzə verilir.

Aldığımız təhlillərin nəticələri göstərir ki, müxtəlif kontingentlərdə koordinasiya qabiliyyətinin inkişaf səviyyəsi fərqli olur və əsas əlamətlərin dəyişməsi müxtəlif amillərin təsiri ilə baş verir. Müəyyən edilmişdir ki, 15-16 yaşlı yeniyetmə boksçularda koordinasiya qabiliyyətini inkişaf etdirmək üçün yaş və məşqlilik amillərinin təsiri daha böyükdür. Bu komponentlərin daha yüksək səviyyədə təsir göstərməsi əllə vurulan zərbələrin say göstəricisi ilə müəyyən edilmişdir.

Təcrübə göstərir ki, 15-16 yaşlı yeniyetmə boksçular psixomotor göstəricilərinə görə 11-12 və 13-14 yaşlı boksçularla müqayisədə üstünlük təşkil edirlər. Öz növbəsində yaşları daha aşağı olan boksçular da əvvəldən məlum olan və ya standart vəziyyətlərdə hərəki imkanları xarakterizə edən testlərdə böyüklərə nisbətən zəif nəticə göstərmişlər. Yeniyetmə idmançılarda məşq prosesinin istiqaməti onların müxtəlif koordinasiya qabiliyyətlərinin inkişaf səviyyəsinə ciddi təsir göstərir.

Aparılan təhlilin nəticələrinə əsasən deyə bilərik ki, fiziki hazırlığın əksər göstəriciləri yaş və məşq amillərinin təsiri ilə kifayət qədər dəyişir. Bununla belə hər yaş dövrünün öz xüsusiyyətləri olur. Adətən 11-12 yaşlarında fiziki hazırlığın artımı əsasən kompleks şəkildə gedir. 13-14 yaşlarında sürət qabiliyyətlərinin artım səviyyəsi üstünlük təşkil edir. 15-16 yaşlarında isə qüvvə və sürət qabiliyyətinin sürət tempi daha yüksək olur. Bu amillər yeniyetmə boksçuların koordinasiya qabiliyyətinin inkişaf etdirilməsində xüsusi əhəmiyyət kəsb edir.

Alınan məlumatlardan belə nəticəyə gəlmək olar ki, sistematik boks məşqləri koordinasiya qabiliyyətinin quruluşuna və onların inkişaf səviyyəsinə müəyyən təsir göstərir. Koordinasiya qabiliyyətinin daha yüksək büruzə verilməsi əsasən perspektivi olan yeniyetmə boksçuların ilkin seçməsi ilə şərtləndirilir. Seçmə zamanı anadangəlmə qabiliyyətlərin nəzərə alınması yeniyetmə boksçuların gələcək inkişafında müəyyən rol oynayır.

Boksçuların (bütün yaş qrupları üçün) 124 rəsmi döyüşündə hər bir idmançının yarış fəaliyyəti üçün xüsusi protokol tərtib edilmişdir. Aparılan tədqiqatın köməyi ilə yarış fəaliyyətinin göstəriciləri və Ə.Ramazanov tərəfindən tərtib edilmiş koordinasiya qabiliyyətinin inteqral göstəriciləri arasında olan qarşılıqlı əlaqələr öyrənilmiş və təhlil edilmişdir. 11-12 yaşlı boksçuların koordinasiya qabiliyyətini öyrənərkən müəyyən edilmişdir ki, onlarda zərbələrdən yayınma bacarıqlarının səviyyəsi daha yüksəkdir. 13-14 yaşlı idmançıların koordinasiya qabiliyyətinin əksər parametrlər üzrə yüksək olması qabarıq şəkildə büruzə verir. Zərbələrdən yayınmaların sayı koordinasiya qabiliyyətlərinin inkişaf səviyyəsi ilə qarşılıqlı əlaqə təşkil edir. 15-16 yaşlı idmançıların koordinasiya qabiliyyətləri üç əsas amildən asılıdır - zərbələrdən yayınmaların sayı, zərbə nəticəsində tətbiq edilən qüvvənin səmərəsi, üçüncü raundda vurulan zərbələrin sayı. Tədqiqatın nəticələri göstərdi ki, yeniyetmə boksçuların koordinasiya qabiliyyətinin büruzə verilməsində inteqral göstəricilərinin əhəmiyyəti kifayət qədər yüksəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib