Yeniyetmə həndbolçular arasında Azərbaycan və Bakı birinciliyində növbəti görüşlər keçirilib
Bakı, 4 iyun, AZƏRTAC
28 May - Müstəqillik Günü münasibəti ilə Sağan Olimpiya İdman Kompleksində keçirilən yeniyetmə oğlanlar və qızlar arasında həndbol üzrə Azərbaycan birinciliyi və Bakı şəhər birinciliyi davam edir.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yarışın ikinci günündə keçirilən beş qarşılaşmada aşağıdakı nəticələr qeydə alınıb:
“Gəncə” - “Mingəçevir” 21:19;
“Bakı 1” - “Bakı 3” - 22:9;
“Bakı 2” - “Mingəçevir” - 13:13;
“Bakı 1” - “Gəncə” - 25:18.
Qızların turnirində isə, “6 saylı İOEUGİM-1” komandası “2 saylı RİOEUGİM” kollektivinə 8-12 hesabı ilə məğlub olub.
Yarışlara sabah keçiriləcək daha beş oyunla yekun vurulacaq.