YER KÜRƏSİNDƏKİ VƏHŞİ HEYVANLARIN ƏN NƏHƏNGİNİN QALIQLARI TAPILMIŞDIR
Tiranozavr və giqantozavr kimi, spinozavr teropodlara – quşları törədən dinozavrlar qrupuna aiddir. Onun belində dəridən yaranmış “yelkəni” saxlayan 6 fut hündürlüyündə oxları, qəniməti ələ keçirmək üçün nisbətən iri qabaq pəncələri varmış.
Kəllə sümüyü fraqmentlərinin analizi göstərmişdir ki, 2001-ci ildə çəkilmiş “Yura dövrünün parkı” filmindəki tiranozavr-spinozavr döyüşündə sonuncunun ölçüləri xeyli kiçildilmişdir. Britaniya Təbiət Tarixi Muzeyinin dinozavrları öyrənən əməkdaşı doktor Pol Barratt demişdir: “Bu qalıqların ölçüləri göstərir ki, spinozavr indiyədək Yer kürəsində yaşamış ən böyük yırtıcıdır”.
Kristiano Dal Sasso və onun Milan Təbiət Tarixi Muzeyindəki həmkarları Mərakeşdə tapılan spinozavrın başının qalıqlarını tədqiq edərək belə qənaətə gəlmişlər ki, bu yırtıcının kəlləsinin uzunluğu 5 fut 9 düym olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]