Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yer kürəsinin 10 kristallik-aynalı məkanı

Bakı, 10 dekabr, AZƏRTAC

Kristalların və güzgülərin öz parlaqlığı ilə daim insanları ovsunlayan bir ecazı var. AZƏRTAC “basetop.ru”ya istinadla Yer kürəsinin 10 kristallik-aynalı məkanını oxuculara təqdim edir.

10. Aynalı göl, Rusiya

Leninqrad vilayətinin Vıborq rayonunda yerləşən bu gölün səthində onu əhatə edən bitkilər, heyvanlar və hətta buludlar, demək olar, ideal şəkildə əks olunur. Dərinliyi 49 metrə çatan göl durnabalığının, suf və xanı balıqlarının məskənidir.

Gölün sahilində istirahət bazası yerləşir. Əfsanəyə görə, göldə yerləşən iki adadan birində insan məskunlaşıb və o, özünə yeraltı mənzil yaradıb. Mənzilə giriş isə buzlaq dövrünə aid böyük qaya parçasının altında yerləşir.

9. Parlaq təpələr və ya Şüşəli dağlar, ABŞ

Oklahomanın şimal-qərbində Parlaq təpələrin yamacları bolluca selenit kristalları ilə örtülüb. Sanki gözəgörünməz bir qüvvə nəhəng şüşənin parçalarını ətrafa səpələyib və indi bu parçalar bərq vuraraq, günəş işığını əks etdirir.

ABŞ-ın Kaliforniya, Oreqon, Yuta və s. ştatlarında da buna bənzər dağlara təsadüf olunur.

8. Beş rəngli göl, Çin

Sıçuan əyalətində yerləşən göl ən gözəl yerli məkanlardan biridir. Gölün suyu kalsium karbonatla, habelə birlikdə rəng müxtəlifliyi effekti yaradan hidrofitlərlə zəngindir.

Qədim ağacların dumduru gölün dibində, beşmetrlik dərinlikdə yerləşən gövdələri tünd yaşıl rəngində naxışlar əmələ gətirir. Bu naxışlar intensiv lacivərdi göy, qaramtıl yaşıl, açıq sarı rəng çalarları arasından süzülərək suyun səthinə çıxır.

7. Kristallar mağarası, Meksika

Dünyada adlarında “kristallik” sözünə təsadüf olunan bir neçə mağara var. Lakin Meksikanın Nayka şəhəri ətrafında yerləşən Kristallar mağarası, yaxud nəhəng kristallik mağara onlar arasında xüsusi yer tutur və haqlı olaraq dünyanın ən gözəl kristallik məkanlarından biri hesab edilir.

Mağara nəhəng şüşəyəoxşar selenit kristallarla doludur. Mağaranın böyük hissəsi indiyədək tədqiq edilməyib, çünki hətta hazırlıqlı insanlar belə mağaranın içindəki istiyə 10 dəqiqədən çox davam gətirə bilmir.

Mağaranın altında maqma qovuğu yerləşir. Maqma sayəsində yeraltı sular qızaraq, külli miqdarda gips və digər mineral maddələri öz canına çəkib. Mağara yüz minilliklər, bəlkə də milyonilliklər boyu qaynar minerallardan ibarət qatışıqla dolub. Bununla belə, mağarada temperatur sabit olub (54-58 dərəcə) və kristallar maneəsiz arta bilib.

Amma bu kristallar havada dağılır. Buna görə də Nayka mağarasının tədqiqatçıları bu geoloji obyekti sənədləşdirməyə çalışırlar.

6.Quron gölü, Şimali Amerika

Şimali Amerikanın beş Böyük gölündən biri Kanada ilə ABŞ sərhədində yerləşir. Görünür, kontinental buzlaqlar geri çəkiləndə (bu hadisə sonuncu buzlaq dövrünün axırında, təqribən 11,7 min il əvvəl baş verib), buzlağın əriməsi bu gölün əmələ gəlməsinə gətirib çıxarıb.

Şimali Amerikanın müstəmləkə əsarətinə alınması prosesinin sürətlə getdiyi XVII əsrdən başlayaraq Quron gölündə, habelə digər dörd Böyük göldə minlərlə gəmi batıb. Gölün dayaz yerində, təmiz və şəffaf suyun içində hələ də əbədi donub qalmış gəmi parçalarını görmək olar.

5. Kunqur mağarası, Rusiya

Buzla örtülmüş mağaraları dünyanın İslandiya və Alyaska kimi soyuq regionlarında tapmaq olar. Bu mağaralar müxtəlif əcaib formalar alıb təbii heykəllər əmələ gətirən çoxillik buzla örtülüb.

Lakin 2011-ci ildə nüfuzlu “Forbes” nəşrinin siyahısına daxil edilmək üçün cəmi 10 güclü təəssürat oyadan mağara seçilib. Onlardan biri təbiətin soyuq gözəlliyinin bütünlüklə təcəssüm olunduğu Kunqur mağarası olub. Brilyant zal mağaranın ən heyrətamiz hissəsidir. Bura düşən işıq “kristallik kürk”ün işığını əks etdirməyə və sındırmağa kömək edərək, mağaranı əsrarəngiz lacivərdi çalarlarla doldurur.

Hazırda Kunqur mağarası dünyada bu dərəcədə geniş buz bağlama sahəsi olan yeganə, uzunluğuna görə yeddinci gips mağaradır.

4. Yelloustoun Milli Parkında qaynar bulaqlar, ABŞ

Dünyanın ən təhlükəli vulkanının - Yelloustoun vulkanının oyanması böyük fəlakət gətirəcək. Vulkan bəşəriyyətə “ən uzun gecə” yaşatmaqla bərabər, Yelloustoun Milli Parkının kövrək gözəlliyini - 10 mindən çox qaynar bulağı və qeyzeri məhv edəcək.

Bu bulaq və qeyzerlərin rənglərinin parlaqlığı o dərəcədə heyrətamizdir ki, insan onların təbii olduğuna inana bilmir. Bu mənzərəni dumduru suyun içindəki yosunlar yaradır. “Norris Cistern Spring”, “Grand Prismatic Spring” və “Glory Pool” ən məşhur bulaqlardır.

3. Şüşəli çimərlik, ABŞ

Əgər dünyanın ən gözəl çimərliklərindən birinə tamaşa etmək istəyirsinizsə, Kaliforniyaya yollanın. Orada, Fort-Breqq qarnizonunun yanında saysız-hesabsız şüşə qırıntısı kaleydoskopu ilə örtülmüş çimərlik yerləşir. Bu rəngarəng şüşə parçaları yerli sakinlərin fəaliyyətinin nəticəsidir. Görəsən, sahil zonasına şüşə, məişət cihazları və hətta nəqliyyat vasitələri kimi zibil atan insanlardan kimsə düşünə bilərdi ki, təbiət bütün bunlardan özünəməxsus heyrətamiz mənzərə yaradacaq?

2. Pamukkale, Türkiyə

Pamukkaledəki 17 unikal termal bulaq Yer kürəsinin 20 ən qeyri-adi yeri siyahısına daxildir. Gün işığında elə təəssürat yaranır ki, sanki bu bulaqlar parlaq mərmər daşlara və ya hətta buza oxşayır. Bulaqlarda temperatur 35-100 dərəcə arasında dəyişir.

Pamukkale suları müalicəvidir. Bura ürək və dayaq-hərəkət sistemi xəstəliklərindən əziyyət çəkən çoxsaylı insanlar gəlir. Yerli əfsanələrdən birinə görə isə Misir çariçası Kleopatra özü Pamukkale bulaqlarında çimib. Turistlərə hətta onun çimdiyi bulaq göstərilir. Buna inanıb-inanmamaq isə hər kəsin öz işidir.

1. Salar de Uyuni, Cənubi Amerika

Boliviyanın cənub-qərbində, Minçin adlı tarixdən əvvəlki duzlu gölün qurumasından sonra qalan zəngin duz ehtiyatının əmələ gətirdiyi Salar de Uyuni dünyanın ən böyük şoranlıq ərazisidir.

Quru havada Salar de Uyuni nəhayətsiz ağappaq məkana bənzəyir. Lakin yağışlar mövsümündə düzənlik nəhəng güzgüyə çevrilir. Axıb getməyə yer tapmayan yağış suları bütün düzənliyə yayılır, bir neçə santimetr qalınlığında gözqamaşdırıcı su səma və buludları, göydə süzən qızılqaz dəstələrini və yüksəklikdə nə varsa, hamısını özündə əks etdirir.

Salar de Uyuni dünyada ən böyük təbii güzgü əmələ gətirir və bu güzgü hətta kosmosdan aydın görünür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO