YER KÜRƏSİNİN OZON QATININ QALINLIĞI MİNİMUMA ÇATMIŞDIR
Atmosferin müdafiə qatının deformasiyası ozonu dağıdan buxar qazları və maddələrinin artması ilə bağlıdır. DMT-nin proqnozlarına görə, görülən tədbirlərə baxmayaraq, Yer kürəsi üzərində ozon çuxurları azı 20 il ərzində artacaqdır.
Xatırladaq ki, ABŞ-ın Ətraf Mühitin Tədqiqi İnstitutu əvvəllər peyk monitorinqinin məlumatına əsasən bildirmişdi ki, Yer kürəsinin ozon qatının azalması prosesi dayanmışdır. Amerikalıların məlumatına əsasən, ozon qatı ötən əsrin 70-ci illərinə nisbətən hələ də nazikdir, lakin ozon konsentrasiyasının bundan sonra da azalacağı müşahidə olunmur. Alimlər o vaxt bildirmişdilər ki, XX əsr boyu Yer kürəsində sənayenin məhv etdiyi ozon qatının bərpasına azı 40 il lazımdır, çünki 20-30 il əvvəl atmosferə buraxılan xlor birləşmələri hələ də öz təsirini göstərir.
Avstraliya alimlərinin 2002-ci ildəki proqnozlarına təxminən 30 il əvvəl aşkara çıxarılan ozon çuxuru XXI əsrin 40-50-ci illərində tamamilə yoxa çıxa bilər. Alimlər təzahürləri artıq hiss edilən bu meyli Yer kürəsində ekoloji vəziyyətin yaxşılaşdırılması uğrunda qazanılmış nailiyyətlərlə, o cümlədən soyuducu qurğularda və kondisionerlərdə ozon qatının məhvinə kömək edən xlorftorkarbondan istifadəyə qadağa qoyulması ilə bağlayırlar.